• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Rəsmi Bakı müsəlman ölkələri arasında özünəməxsus şəkildə Fələstinə dəstək verir”

16 İyul, 26 / 15:21
A A

Prezident İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlət başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Politoloq Turan Rzayev Zefer.media-ya açıqlamasında deyib ki, Azərbaycan-Fələstin münasibətləri kifayət qədər köklüdür.

“Rəsmi Bakı müsəlman ölkələri arasında özünəməxsus şəkildə Fələstinə dəstək verir. Belə ki, Azərbaycan Fələstin dövlətinin müstəqilliyini tanıyır və Fələstin münaqişəsinin beynəlxalq hüquq əsasında həllini müdafiə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev görüş zamanı bir daha Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb”, – o qeyd edib.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan eyni zamanda İsrailin strateji tərəfdaşıdır:

“Əslində, bu məqam başda Türkiyə olmaqla bir çox ölkə tərəfindən düzgün anlaşılmır. Rəsmi Bakı bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Eyni zamanda Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edən balanslı siyasət münaqişə tərəfləri ilə əməkdaşlığın da özəyini təşkil edir. Bakının Təl-Əvivlə strateji tərəfdaş olması Azərbaycanın İsrailin Fələstin torpaqlarını işğal etməsini tanıdığı anlamına gəlmir. Əksinə, hesab edirəm ki, Bakının həyata keçirdiyi bu balans siyasəti İsraildən daha çox Fələstinin maraqlarına xidmət edir.

Təsadüfi deyil ki, Məhəmməd Mustafa da Fələstində hazırda çox ağır vəziyyətin hökm sürdüyünü bildirərək, bu çətinlikdən dost ölkələrin dəstəyi ilə çıxacaqlarına ümid etdiyini ifadə edib.

Fələstin Bakının köməyini istəyir. Həm də Azərbaycanın İsraillə strateji tərəfdaş olduğunu bilə-bilə. Bu gün Fələstinə dəstək verdiyini deyən bəzi qüvvələr bu faktı Azərbaycanın əleyhinə qarayaxma kampaniyasına çevirməyə çalışdığı halda, Fələstin İsraillə strateji tərəfdaş olduğuna görə Bakıdan üz döndərmir.

Əslində, bunun çox sadə səbəbi var. Fələstin Azərbaycanın nə etdiyini çox yaxşı anlayır.

Birincisi, Fələstin həqiqətən də ağır vəziyyətdədir. İsrailin təzyiqləri ildən-ilə artır. Düzdür, bu daha çox Qəzza zolağı və Şərqi Qüdsə aiddir. Lakin nəticə etibarilə Fələstin həmin əraziləri öz torpaqları hesab edir və beynəlxalq hüquqa görə də onlar Fələstin əraziləridir. Məhz buna görə Fələstin üçün Azərbaycan bu gün də, gələcəkdə də İsraillə danışa biləcək ən etibarlı vasitəçilərdən biridir.

Müqayisə üçün deyim ki, Fələstin Türkiyəni daha çox “protektor”, yəni müdafiəçi dövlət kimi görür. Həqiqətən də müəyyən mənada bu, belədir. Bəlkə də Ankaranın mövqeyi olmasaydı, İsrail daha irəli gedərdi. Amma eyni zamanda aydındır ki, Türkiyənin emosional, bəzi hallarda isə radikal ritorikası Fələstinə xeyirdən çox zərər verir. Ankara ilə müqayisədə Bakının praqmatik yanaşması Fələstinə diplomatik baxımdan daha çox fayda verir.

İkincisi, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu ildən-ilə artır. Bu isə Fələstinin beynəlxalq müstəvidə özünə daha geniş dəstək qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlarda Fələstinə açıq dəstək nümayiş etdirir. Xüsusilə də BMT-də Fələstinlə bağlı qəbul edilən qətnamələrdə Bakı ardıcıl olaraq bu ölkənin mövqeyini dəstəkləyir”

Turan Rzayev əlavə edib ki, yenə də çoxlarının bilmədiyi məqamlardan biri Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin fəaliyyət göstərməsidir:

“Bundan başqa, Fələstinin ölkəmizdəki səfirliyinin saxlanılması ilə bağlı xərclər də Azərbaycan dövləti tərəfindən qarşılanır. Məhz bu məqamları baş nazir Məhəmməd Mustafa da Prezident İlham Əliyevlə görüş zamanı xüsusi qeyd edərək Azərbaycana təşəkkürünü bildirib.

Üçüncüsü, yenə də çox bilinməyən faktlardan biri odur ki, Azərbaycan müsəlman ölkələri arasında Fələstinə ən çox iqtisadi və humanitar yardım göstərən dövlətlərdən biridir. Məsələn, 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor Ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycan Fələstinə 5 milyon ABŞ dolları maliyyə yardımı ayırıb. Ölkəmiz eyni zamanda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi (UNRWA) vasitəsilə də bu ölkəyə mütəmadi humanitar yardım göstərir. Bundan başqa, Bakı hər il Fələstinə müxtəlif istiqamətlər üzrə humanitar dəstək verir.

Çoxlarının bilmədiyi digər bir məqam isə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil almasıdır.

Təəssüf ki, mövzu Azərbaycan olanda bəzi insanlar Fələstinə dəstək verdiklərini iddia edir, əslində isə “Koka-Kola” alıb yerə tökməklə İsraili boykot etdiklərini düşünürlər. Sonra da deyirlər ki, Azərbaycan İsrailin strateji tərəfdaşıdır, Təl-Əvivə neft və qaz satır, İsrail isə günahsız fələstinli uşaqları öldürür.

Reallıq isə tamam başqadır. Fələstinin Baş naziri Azərbaycana gəlir, Prezident İlham Əliyevlə görüşür və yuxarıda sadaladığım bütün məsələləri qeyd edərək Azərbaycana minnətdarlığını bildirir.

Atalarımızın çox gözəl bir sözü var: “Sağ əlin verdiyini sol əl bilməməlidir.” Elə müqəddəs dinimiz İslamın da tövsiyəsi məhz budur”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.