Dünya

Qraparak: Rusiya Ermənistana yeni səfir axtarır

22 Sentyabr 2026, 19:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin mümkün dəyişdirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, erməni nəşri “Qraparak”ın məlumatına görə, Rusiya tərəfi Kopırkinin yerinə namizəd axtarır və diplomatın yanvar ayına qədər Ermənistandan ayrılması planlaşdırılır.

Nəşr iddia edir ki, buna səbəb 2018-ci ilin aprelində səfir təyin olunan Kopırkinin Ermənistan hakimiyyəti ilə konstruktiv münasibətlər qura bilməməsi, eləcə də Rusiyayönlü şəxslərlə yaxın əlaqələri təmin edə bilməməsidir.

“Qraparak” həmçinin Kopırkinin Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsində müəyyən məsuliyyət daşıdığına dair fikirlərin olduğunu yazır.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600