• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.6° Weather Columbus
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Qızıl Şah” Milli Kulinariya Çempionatı başlayıb: Beynəlxalq arenada dad və peşəkarlıq mübarizəsi aparılır

08 May, 26 / 16:21
A A

Mayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində “Qızıl Şah” Milli Kulinariya Çempionatı başlayıb.

Dörd gün davam edən çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.

Yarışın təfərrüatları haqqında Zefer.media-ya açıqlama verən Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru və layihə rəhbəri Fərhad Aşurbəyli bildirib ki, mayın 6-da yarışda Qazaxıstan və Xorvatiya milli komandalarının, həmçinin Rusiya və Belarus milli komandaları üçün çəkilişlər aparılıb:

“Azərbaycan və Türkiyə arasında da oyun keçirilib. Türkiyə milli komandası bu yarışları canlı və qeyri-rəsmi formada izləyirdi. Bundan əlavə, 16 min nəfərlik tamaşaçı tutumu da nəzərdə tutulmuşdu.

Həmin 3 qrup izlənilir, onlara üç saat vaxt verilir və son bir saat ərzində isə hər 20 dəqiqə hesablanır. Məsələn, üç turun arasında üç dəqiqə yarım fasilə olur.

Daha sonra bütün qramajlar, texnoloji kartlar və tətbiq olunan prinsiplər burada qeyd edilir. Hazırlanan sənədlər daha sonra münsiflər heyətinə təqdim olunur. Bütün məlumatlar yazılı şəkildə yoxlanılır və nəzarətdən keçirilir.

Münsiflərin işi bir neçə mərhələyə və istiqamətə bölünür. Bu prosesdə marşallar da iştirak edirlər. Marşallar əsasən münsiflərin köməkçiləri hesab olunur və bu sahədə ən ilkin pilləni təşkil edirlər. Gələcəkdə münsif olmaq istəyən şəxslər adətən fəaliyyətə məhz bu mərhələdən başlayırlar.

Onlar iştirakçıların iş prosesini, nizam-intizamını və sistemli çalışma qaydasını diqqətlə izləyirlər”.

Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin rəhbəri Səkinə Əsgərova da 6 mayda keçirilmiş yarışın gedişatı və fərdi kateqoriyada yarışan iştirakçılar barədə danışıb:

“Həmin günün əsas iştirakçı ölkələrinin milli komandalarının üç hissədən ibarət menyuları dequstasiya üçün təqdim olunub. Bu ölkələr doğma Azərbaycan və Özbəkistan Respublikasıdır.

Yarış həm komanda, həm də fərdi kateqoriyalar üzrə keçirilir. Fərdi şəkildə yarışanlarda yaşanan həyəcan tamamilə fərqlidir. Ölkəmiz bu çempionatda ondan çox ölkədən qonaq qəbul edir. Xorvatiya, Serbiya, Ukrayna, Gürcüstan və digər ölkələrin tanınmış aşpazları fərdi kateqoriyada öz bacarıqlarını nümayiş etdirirlər.

Ümumilikdə yarışın gedişatına nəzər salsaq, çempionat 8 may yekunlaşacaq. Həmin gün nahar fasiləsi zamanı Türkiyə və Pakistan milli komandalarının menyuları dequstasiya üçün təqdim olunduqdan sonra Usta Aşbazlar Cəmiyyətləri Assosiasiyası (Worldchefs münsiflər heyəti ) tərəfindən iki-üç saat ərzində nəticələr hesablanacaq. Günün sonunda, təxminən saat 15:00–16:00 radələrində VI Qızıl Şah Çempionatının müxtəlif kateqoriyalar üzrə çempion və laureatları elan olunacaq”.

Yarış iştirakçılarından bəziləri yeməklərin hazırlanma qaydasından söz açıblar:

“Toyuğu blenderdən keçirərək sadə formada hazırlamışam. Yeməyi 160 dərəcə temperaturda 30 dəqiqə bişirmişəm və içərisinə göbələk əlavə etmişəm. Vaxt məhdudiyyəti səbəbindən daha da təkmilləşdirməyə imkan olmadı. Ümid edirəm ki, münsiflər bəyənəcəklər”.

Yarışın münsiflər heyətinin üzvü Sərxan Məmmədov isə prosesdəki təmizlik qaydaları və bal sistemi ilə bağlı olan əsas meyarları vurğulayıb:

“Təmizlik qaydalarına ciddi nəzarət olunur və bütün məqamlar qeyd edilir. Sadəcə geyimə görə deyil, ümumi iş prosesi də qiymətləndirilir. Yeməklər təqdim olunanda onları münsiflər heyəti dəyərləndirir. Münsiflərin daxilində isə əlavə qruplar olur və hər qrup fərqli sahəyə baxır.

Bəziləri gigiyena və təmizliyə, digərləri mətbəxdə peşəkar işləmə bacarığına nəzarət edir. Başqa bir qrup isə yeməyin dadını qiymətləndirir. Yarışda ən yüksək bal toplayan qalib olur.

Qiymətləndirmə 100 ballıq sistemlə aparılır. Bunun 50 balı yeməyin dadına, digər 50 bal isə gigiyena, təmizlik, hazırlıq prosesi və “mise en place”a — yəni məhsulların əvvəlcədən düzgün şəkildə hazırlanmasına görə verilir.

İştirakçı təqdim etdiyi menyuya tam uyğun yemək hazırlamalıdır. Əgər menyuda yazılandan fərqli bir şey boşqaba qoyularsa, bu artıq səhv hesab olunur və bal itkisinə səbəb olur. Eyni zamanda gigiyena və təmizlik qaydalarına əməl edilməsə, iştirakçının balı kəsilir.

Məsələn, yemək çox dadlı olmasa, dad üzrə olan 50 baldan müəyyən hissə çıxılır. Gigiyena bölməsində isə maksimum 10 bal nəzərdə tutulur. Tutaq ki, iştirakçı gigiyenada bəzi səhvlərə görə yalnız 5 bal aldı, amma yeməyin dadı çox yaxşı oldu — yenə də qızıl medal qazana bilər. Çünki ümumi nəticədə 90-100 arası bal toplayan iştirakçı qızıl medala layiq görülür. Ən vacib meyar yeməyin dadı və peşəkar işləmə bacarığıdır.

Bal sistemi belədir:

70–79 bal — bürünc medal

80–89 bal — gümüş medal

90–100 bal — qızıl medal

Əgər kimsə ideal nəticə göstərsə, 100 bal da toplaya bilər və fərqlənmə nişanı əldə edər.

Bəzən elə olur ki, yemək çox unikal hazırlanır, amma təmizlik zəif olur. Bu halda iştirakçı geriyə düşə bilər. Əgər yeməklər bir-birinə çox oxşayırsa, onda münsiflər texnikaya diqqət yetirirlər. Yeməyin boşqaba yerləşdirilməsi, istifadə olunan üsullar və peşəkar yanaşma müqayisə edilir. Kim daha çətin və fərqli texnikadan istifadə edibsə, üstünlük qazanır.

Məsələn, iki iştirakçı da ördək filesi hazırlaya bilər. Amma biri kartof püresi, digəri isə çuğundur püresi ilə təqdim edə bilər. Burada fərq texnikada ortaya çıxır. Çünki çuğundur püresi hazırlamaq kartof püresinə nisbətən daha çətindir. Eyni şey şabalıd püresi üçün də keçərlidir. Əgər dondurulmuş şabalıddan istifadə olunsa, istənilən nəticəni əldə etmək mümkün olmur. Buna görə təzə məhsullardan istifadə vacib sayılır.

İştirakçılar istifadə etdikləri məhsulları özləri seçirlər. Hətta xaricdən gələn iştirakçılar da əsasən yerli məhsullardan istifadə etməyə çalışırlar. Çünki yarış üçün uzaq ölkələrdən gələn məhsullar uzun müddət keyfiyyətini qoruya bilmir. Şükür ki, yerli bazarlarda lazım olan hər məhsulu tapmaq mümkündür.

Yarışın əsas qaydalarından biri budur ki, hər iştirakçı istifadə edəcəyi məhsulları özü seçib gətirməlidir. Bunun səbəbi isə sonradan bəhanə yaranmamasıdır. Məsələn, əgər təşkilatçılar məhsul versə və yemək uğursuz alınsa, iştirakçı bunu məhsulun keyfiyyəti ilə əlaqələndirə bilər. Buna görə hər kəs öz seçdiyi məhsulla işləyir və məsuliyyəti özü daşıyır.

Amma yaradılan şərait hamı üçün eynidir — bütün iştirakçılara eyni mətbəx, eyni avadanlıq və eyni imkanlar təqdim olunur”.

Qeyd edək ki, “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən Worldchefs ilə birgə təşkil olunan “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi hüququ əldə edib. Worldchefs tərəfindən rəsmi şəkildə tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” müxtəlif ölkələrin komandalarını qəbul etmək imkanı qazanıb. Eyni zamanda, beynəlxalq tanınma çərçivəsində yarış qaydaları təkmilləşdirilib və daha yüksək səviyyəli münsiflər heyəti formalaşdırılıb.

Azərbaycan mətbəxini dünyada tanıdan “Qızıl Şah” çempionatı peşəkarları bir araya gətirir. Layihə həm təcrübə mübadiləsi, həm də yeni kulinariya ulduzlarının parlaması üçün əsas mərkəz rolunu oynayır.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir - Ravşan Rayımjanov

May 24, 2026
Manşet

Əbu Reyhan Biruni Universiteti beynəlxalq təhsil imkanlarını genişləndirir – İslam Kadirov

May 24, 2026
Təhsil

Turin Politexnik Universiteti beynəlxalq təhsil imkanlarını təqdim edib

May 24, 2026
Gündəm

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

May 23, 2026
Manşet

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

May 23, 2026
Gündəm

Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir – Politoloq

May 23, 2026

XƏBƏR LENTİ

Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir - Ravşan Rayımjanov

24 May, 26 / 17:13

Əbu Reyhan Biruni Universiteti beynəlxalq təhsil imkanlarını genişləndirir – İslam Kadirov

24 May, 26 / 14:39

Turin Politexnik Universiteti beynəlxalq təhsil imkanlarını təqdim edib

24 May, 26 / 13:34

Azərbaycanda zəlzələ

24 May, 26 / 12:17

“Ailəm – mənim dəyərim” layihəsinə start verildi

23 May, 26 / 17:18

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

23 May, 26 / 16:00

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

23 May, 26 / 12:33

Sumqayıtda qanunsuz tikili söküldü

23 May, 26 / 12:32

Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir – Politoloq

23 May, 26 / 12:29

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım…

23 May, 26 / 12:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.