• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.3° Weather Ashburn
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Marketdən aldığınız süd məhsullarına diqqət! – Mütəxəssis xəbərdarlıq edir

15 Aprel, 26 / 17:42
A A

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Etiket məlumatlarında yol verilən nöqsanlar, xüsusilə allergenlərin düzgün qeyd olunmaması və tərkibin qeyri-şəffaf göstərilməsi ciddi narahatlıq doğurur.

Məsələylə bağlı Zefer.media – ya açıqlama verən qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova malın məlumat vərəqində istehsalçı və tərkib barədə məlumatların dəqiq və aydın təqdimatının vacibliyini bildirib:

” Məhsulun etiket məlumatlarında istehsalçı şirkət haqqında ətraflı informasiyanın verilməsi, məhsulun tərkibinin düzgün və aydın şəkildə göstərilməsi vacibdir. Əgər məhsulda allergen komponentlər mövcuddursa, onlar xüsusilə qabarıq və asanlıqla görünə biləcək formada qeyd olunmalıdır. Buraya süd və süd məhsulları, çərəzlər, kimyəvi maddələr, konservantlar, dəniz məhsulları və digər allergenlər daxildir və bunlar mütləq şəkildə etiketdə öz əksini tapmalıdır.

Əks halda, bu kimi halların insan sağlamlığına ciddi zərər vurması qaçılmazdır. Xüsusilə allergik reaksiyalar yarana, ağır allergiya halları baş verə və ən təhlükəli vəziyyətlərdə ölüm riski ilə nəticələnə bilər. Xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə bu hallar xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Kimyəvi və sintetik mənşəli qatqı maddələri zəhərlənmə ehtimalını artırır. Azyaşlılar və yaşlı insanlar üçün isə bu cür risklər daha ağır fəsadlarla müşayiət oluna bilər.

Bu kimi halların qarşısının alınması məqsədilə cərimə tədbirləri ilə yanaşı, fəaliyyəti dayandırılmış müəssisələrin məhsulları mütləq şəkildə geri çağırılmalı və bu barədə ictimaiyyətə açıq məlumat verilməlidir. Əgər həmin məhsullardan istifadə edən şəxslər varsa, onların vaxtında məlumatlandırılması təmin olunmalıdır. Qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulduğu hallarda müəssisənin fəaliyyəti birmənalı olaraq dayandırılmalıdır. Fəaliyyətin bərpası isə yalnız bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra mümkün olmalıdır”.

Mütəxəssis, belə halların ictimai açıqlanmasının həm ictimai qınaq yaratdığını, həm də sahibkarlar üçün xəbərdarlıq rolunu oynayaraq daha diqqətli fəaliyyətə təşviq etdiyini qeyd edib : ” Bu cür halların ictimai şəkildə açıqlanması həm ictimai qınağın formalaşmasına, həm də digər sahibkarlar üçün xəbərdarlıq rolunu oynayaraq onların daha məsuliyyətli fəaliyyət göstərməsinə səbəb olur. Bu isə gələcəkdə oxşar pozuntuların təkrarlanmasının qarşısını almağa xidmət edir.

Qida məhsulları istehsal edən müəssisələrdə və ictimai iaşə obyektlərində mütəmadi və şəffaf yoxlamaların aparılması zəruridir. Bununla yanaşı, hər bir müəssisədə daxili keyfiyyətə nəzarət bölməsi fəaliyyət göstərməlidir. Laborator analizlərin sayı artırılmalı və hər bir məhsul partiyası sanitar-gigiyenik tələblərə uyğun hazırlanmaqla yanaşı, mütləq laborator yoxlamadan keçirilməlidir. Eyni zamanda, təhlükə analizinə əsaslanan idarəetmə sistemi olan HASP sistemi davamlı şəkildə tətbiq olunmalıdır.

Bəzi hallarda müəssisələrdə ixtisaslı və bilikli kadrlar əvəzinə yetərli təlim keçməmiş işçilərin çalışması müşahidə olunur ki, bu da müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu baxımdan işçilərin davamlı təlimlərə cəlb olunması, gigiyena və sanitariya qaydalarına ciddi riayət etməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu, təkcə qanun pozuntusu və istehlakçı hüquqlarının pozulması deyil, eyni zamanda insanların sağlamlığına yönəlmiş ciddi təhlükədir”.

Sonda M. Hüseynova vurğulayıb ki, süd məhsulları yüksək riskli və tez xarab olan məhsullar olduğuna görə istehsaldan istehlaka qədər bütün mərhələlərdə ciddi nəzarət olmalıdır: ” Xüsusilə qeyd olunmalıdır ki, süd məhsulları yüksək riskli və tez xarab olan məhsullar kateqoriyasına aiddir. Bu səbəbdən onların istehsalı zamanı, istehlakçıya çatdırılana qədər, həmçinin xammalın keyfiyyəti, düzgün hazırlanma qaydaları və satış məntəqələrində saxlanma şəraiti ciddi nəzarətdə olmalıdır. İstehlakçılar tərəfindən də məhsulların alınmasından sonra ev şəraitində “soyuq zəncir” prinsipinə riayət edilməsi vacibdir ki, bu kimi mənfi halların qarşısı alınsın”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Manşet

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

May 16, 2026
Manşet

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

May 15, 2026
Cəmiyyət

Bayram namazının vaxtı açıqlandı

May 15, 2026
Cəmiyyət

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

May 15, 2026
Manşet

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

May 15, 2026
Cəmiyyət

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

May 15, 2026

XƏBƏR LENTİ

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

16 May, 26 / 11:13

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

15 May, 26 / 23:12

Professor Tofiq Rüstəmovun xatirəsi yad olunub

15 May, 26 / 20:52

Bayram namazının vaxtı açıqlandı

15 May, 26 / 20:33

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

15 May, 26 / 20:32

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən ukraynalı saxlanılıb

15 May, 26 / 19:34

Rusiya istənilən vaxt nüvə zərbəsi endirməyə qadirdir, amma burada bir nüans var - Budanov

15 May, 26 / 19:30

Rusiya və Ukrayna arasında “1000-ə 1000” mübadiləsi

15 May, 26 / 19:26

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

15 May, 26 / 18:45

Bu ölkə İrana humanitar yardım göndərdi

15 May, 26 / 18:34

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.