• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.6° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qarpızı normadan çox yemək hansı problemlərə səbəb ola bilər? - AÇIQLAMA 

01 İyul, 26 / 13:11
A A

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici təsiri, həm də zəngin su tərkibi ilə süfrələrin əvəzolunmazıdır.

Araşdırmalara görə sözügedən giləmeyvənin faydaları ilə yanaşı, onun həddindən artıq və ya müəyyən sağlamlıq problemləri olan şəxslər tərəfindən nəzarətsiz şəkildə istehlakı bəzi risklər yarada bilər.

Bəs görəsən qida mütəxəssisləri bu barədə nə düşünürlər?

Qida eksperti Fərid Səfərov
Zefer.media-ya açıqlamasında bildirib ki, qarpız yay aylarında həm orqanizmin maye ehtiyacının ödənilməsinə kömək edir, həm də A vitamini, C vitamini, kalium və likopen kimi faydalı maddələrlə zəngindir:

“Lakin hər qidada olduğu kimi, qarpızın da ölçülü şəkildə istehlakı vacibdir:

1.Qarpız kimlər üçün risk yarada bilər, gündə nə qədər yemək məsləhətdir və seçərkən nələrə diqqət edilməlidir?

-Sağlam insanlar üçün qarpız təhlükəli qida deyil, amma şəkərli diabeti olan şəxslər, böyrək funksiyası pozulmuş və kalium məhdudiyyəti tələb olunan xəstələr, eləcə də həkimin xüsusi pəhriz təyin etdiyi insanlar qarpızı ehtiyatla istehlak etməlidirlər. Həddindən artıq qarpız yemək qanda şəkərin sürətlə yüksəlməsinə, həzm pozğunluğuna və bəzi insanlarda köp, ishal kimi narahatlıqlara səbəb ola bilər.

Gündəlik qəbul miqdarı insanın yaşına, sağlamlıq vəziyyətinə və ümumi qidalanmasına görə dəyişsə də, sağlam böyüklər üçün təxminən 300–500 qram qarpız kifayət hesab olunur. Ən doğrusu isə qarpızı digər meyvələr kimi balanslı qidalanmanın bir hissəsi kimi qəbul etməkdir.

Qarpız seçərkən onun qabığının bütöv olmasına, çat və zədələrin olmamasına diqqət edilməlidir. Meyvənin üzərindəki sarı ləkənin krem rəngində olması, ölçüsünə görə ağır hiss edilməsi və saplaq hissəsinin qurumuş olması yetişmiş qarpızın əlamətləri hesab edilir. Yol kənarında günəş altında uzun müddət saxlanılan və ya kəsilmiş şəkildə açıq satılan qarpızların alınması isə tövsiyə edilmir.

2.Kəsilmiş qarpızın düzgün saxlanmaması hansı təhlükələr yaradır?

-Qarpız kəsildikdən sonra onun iç hissəsi mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Otaq temperaturunda uzun müddət saxlanılması bakteriyaların çoxalmasına səbəb ola bilər və bu da qida zəhərlənməsi riskini artırır.
Kəsilmiş qarpızın üzəri örtülməlidir və soyuducuda, təxminən 4°C temperaturda saxlanmalıdır. İmkan daxilində 24 saat ərzində, ən gec isə 2–3 gün ərzində istehlak edilməsi daha təhlükəsiz hesab olunur. İsti havada isə kəsilmiş qarpızı bir neçə saat soyuducudan kənarda saxlamaq düzgün deyil.

3.Qarpızı digər qidalarla birlikdə yeməyin mənfi təsirləri varmı?

-Qarpızın digər qidalarla birlikdə qəbul edilməsinin sağlam insanlar üçün ciddi zərəri sübut olunmayıb. Lakin çox ağır və yağlı yeməklərdən dərhal sonra böyük miqdarda qarpız yemək bəzi insanlarda köp, mədə dolğunluğu və həzm narahatlığı yarada bilər. Həssas həzm sistemi olan şəxslər üçün qarpızı əsas yeməklərdən ayrı, ara qida kimi qəbul etmək daha rahat ola bilər”

Müsahibimiz diqqətə çatdırıb ki, nəticə etibarilə, qarpız düzgün seçildikdə, gigiyenik şəraitdə saxlanıldıqda və normadan artıq istehlak edilmədikdə yay aylarında həm təhlükəsiz, həm də faydalı meyvələrdən biridir:

“Əsas məsələ keyfiyyətli məhsul seçmək, düzgün saxlamaq və hər bir qidada olduğu kimi, ölçüyə riayət etməkdir. Sonda insanlara səslənərək demək istəyirəm ki, sağlam qidalanaraq sağlam yaşayın!”

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı

İyul 28, 2026
Cəmiyyət

YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

İyul 28, 2026
Siyasət

Prezidentdən 3 fərman

İyul 28, 2026
Siyasət

Prezident İlham Əliyev Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

İyul 28, 2026
Cəmiyyət

Daha 5 azərbaycanlı fəala həbs cəzası

İyul 28, 2026
Siyasət

"Qara dənizin qarşıdurma məkanına çevrilməsi dünya iqtisadiyyatına zərbə vura bilər" - AÇIQLAMA 

İyul 28, 2026

XƏBƏR LENTİ

Slovakiya səfirliyində görüş keçirilib

28 İyul, 26 / 18:31

İtaliya millisinin yeni baş məşqçisi kimdir?

28 İyul, 26 / 18:27

İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb

28 İyul, 26 / 18:26

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul, 26 / 18:25

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

28 İyul, 26 / 18:23

Tramp: “Vaşinqton İranın Külüng dağında yerləşən yeraltı nüvə kompleksini yaxından izləyir”

28 İyul, 26 / 18:17

Çin Hindistan sərhədinə yaxın iki yüksək hündürlüklü bazaya ən azı qırıcılar yerləşdirib

28 İyul, 26 / 18:12

Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlanıb

28 İyul, 26 / 17:27

Ağdam, Füzuli və Cəbrayılda yanğınlar

28 İyul, 26 / 17:25

“Putinin Əliyevə zəngi Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər”

28 İyul, 26 / 17:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.