Çin Hindistan sərhədinə yaxın iki yüksək hündürlüklü bazaya ən azı 11 ədəd J-20 “stealth” qırıcı yerləşdirib — Sincandakı Hotan bazasında 7, Tibetdəki Damxunq bazasında isə 4 təyyarə.
Zefer.media xəbər verir ki, indiyədək Hindistana qarşı yönəlmiş Çin bazaları arasında bu tip qırıcıların ən böyük cəmləşməsi hesab olunur.
Hindistanın isə beşinci nəsil qırıcıları yoxdur və əsasən 36 ədəd Rafale və köhnəlmiş Su-30MKI təyyarələrinə güvənir.
Zərintac Mayisqızı

















