• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

“Qardaşlıq bağlarımız sarsılmazdır” – Tənzilə Rüstəmxanlı

06 Fevral, 26 / 20:00
A A

Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq bağları 2023-cü il 6 fevral baş verən zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesində bir daha öz təsdiqini tapıb. Bu gün həmin faciədən 3 il keçir. Fəlakətin ilk anlarından etibarən bütün imkanlarını səfərbər edən Azərbaycan, həm dövlət, həm də xalq səviyyəsində göstərdiyi dəstəklə “bir millət, iki dövlət” fəlsəfəsinin sadəcə sözdə deyil, əməldə də dəyişməz olduğunu sübut edib. Hazırda iki ölkənin müvafiq qurumları gələcək fəlakətlərin qarşısının alınması və böhranların idarə edilməsi sahəsində ortaq təcrübə mübadiləsini uğurla davam etdirir.

Millət vəkili Tənzilə Rüstəmxanlı Zefer.media-ya verdiyi açıqlamada Türkiyədə baş vermiş zəlzələ fəlakətinin ağır nəticələrinə və xalqımızın nümayiş etdirdiyi böyük həmrəyliyə diqqət çəkib:

“2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ fəlakəti, miqyasına və nəticələrinə görə olduqca ağır bir faciə idi. Həmin bölgəyə səfər edərkən dağıntıların dəhşətli mənzərəsini öz gözlərimizlə gördük: böyük binalar, bütöv küçələr tamamilə yerlə-yeksan olmuşdu. Baş vermiş insan itkilərinin acısı isə təsviredilməzdir”.

Müsahibimiz, baş vermiş zəlzələ zamanı Azərbaycan və Türkiyənin sarsılmaz dostluq və qardaşlıq bağlarını bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb:

“Bu ağır sınaq anında Türkiyənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin heyəti dərhal hadisə yerinə yollandı. Azərbaycan xalqı yeddidən yetmişə qədər bir yumruq kimi birləşərək bu kədəri öz acısı kimi yaşadı. Biz eyni kökə sahib, bir millətik; tariximiz, taleyimiz və faciələrimiz hər zaman bir olub. Biz bir-birimiz üçün şəhidlər vermiş, fərqli coğrafiyalarda yaşasaq da, ruhən ayrılmaz olan vahid xalqın övladlarıyıq. Türk dünyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və strateji müttəfiq olan ikinci bir nümunə yoxdur. Arzu edirəm ki, gələcəkdə Azərbaycanın bütün türk dövlətləri ilə münasibətləri bu yüksək səviyyəyə çatsın”.

Sonda T. Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan xalqının nümayiş etdirdiyi bu səmimi həmrəylik və yardım üçün səfərbər olması Türkiyədə həm dövlət, həm də xalq səviyyəsində böyük minnətdarlıqla qarşılanır. O, bu sarsılmaz birliyin təməlində dərin tarixi bağlarımızın və sarsılmaz mənəvi birliyimizin dayandığını xüsusi qeyd edib.

Pərvin

Bənzər Xəbərlər

Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026
Gündəm

Medianews.az 14 yaşını qeyd edir

Sentyabr 12, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026
Media

Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama 

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr, 26 / 16:26

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

14 Sentyabr, 26 / 16:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.