İdman

“Qarabağ” azarkeşlərinə üzücü xəbər

19 Fevral 2026, 22:003
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Zefer.media xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” ötən gün Bakıda “Nyukasl”a 1:6 hesabı ilə uduzub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600