Qətər İranda saxlanılan yəhudi məhbusların azad edilməsi məqsədilə Tehranla gizli danışıqlar aparır.
Zefer.media xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı bildirib.
Məlumata əsasən, Doha bu təşəbbüslə Vaşinqtonun rəğbətini qazanmağa çalışır.
Danışıqlar son dövrlərdə müxtəlif ittihamlarla, o cümlədən İran hakimiyyətini tənqid etdikləri bildirilən beş yəhudi ilə bağlıdır.
Mənbələr əlavə ediblər ki, Qətər eyni zamanda İranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi istiqamətində də diplomatik səylər göstərir.
Zərintac Mayisqızı

















