Qlobal Cənub və Şərqdə ölkələrin artan rolu nəzərə alınmaqla, Birləşmiş Millətlər Təşkilatının effektivliyi artırılmalıdır.
Zefer.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən ŞƏT+ plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu dövlətlərin BMT orqanlarında, o cümlədən Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsinə ehtiyac var.
Putin qeyd edib ki, qlobal birlik qlobal siyasət və iqtisadiyyatdakı fundamental dəyişikliklərə və yeni dünya nizamının yaranmasına uyğunlaşmalıdır. O, həmin prosesi obyektiv və dönməz adlandırıb və bunu bir çox dövlətlərin öz müqəddəratını müstəqil şəkildə müəyyənləşdirmək və maraqlarını müdafiə etmək istəyi sübut edir.
Rusiya lideri ifadə edib: “BMT-nin birləşdirici və yaradıcı işinə böyük ehtiyac var və təşkilat maraqların uyğunlaşdırılması üçün əsas mexanizm kimi öz funksiyasını qoruyub saxlamalıdır – təkcə dünyada başqa belə bir mexanizm olmadığı üçün. BMT Nizamnaməsi beynəlxalq hüququn əsas mənbəyi olaraq qalmalıdır”.
Putin, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının və digər regional birliklərin çoxqütblü dünyanın formalaşmaqda olan arxitekturasındakı rolunu qeyd etdi. Onun sözlərinə görə, belə strukturlar Asiya, Afrika və Latın Amerikasında güclənir.
Zərintac Mayisqızı

















