• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.9° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Putin Paşinyana “seçim et” deyərək Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır - Elxan Şahinoğlu

11 May, 26 / 13:34
A A

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərməyi unutmayıb. Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayıb: “Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa İttifaqına inteqrasiya kursu arasında seçim etməlidir”.

Zefer.media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

“Ancaq Vladimir Putin bu dəfə mövzuyla bağlı iki əlavəsini də edib. Birincisi, Rusiya Prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə “yumşaq və mədəni ayrılıq” baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif edib”.

Politoloq qeyd edib ki, Putin bunları deyərkən, erməni cəmiyyətinə də mesaj göndərib:

“Ermənistan Avrasiya İiqtisadi İttifaqında ciddi üstünlüklər əldə edib”. Yəni Putin erməni cəmiyyətini xəbərdar edib ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa İttifaqına inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub.

Nikol Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə sərhədin açılmasını və bu ölkə ilə ticarətin başlamasını təmin etməyə çalışacaq. Bununla paralel olaraq “Tramp yolu”nun tikintisinə başlanacaq. Əlbəttə, Nikol Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəyər, ancaq reallıq budur ki, İrəvan istəsə belə Ermənistan qısa zaman kəsiyində Avropa İttifaqının üzvü olmayacaq. Bunu Paşinyan da anlayır, Putin də. Ona görə də, Putin “seçim et” tələbiylə Paşinyanı güncə sıxmağa və bu yolla Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır”.

Qeyd edək ki, 9 may 2026-cı il tarixində Rusiyanın paytaxtı Moskvada, Qırmızı meydanda Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsi) qələbənin 81-ci ildönümü münasibətilə ənənəvi hərbi parad keçirilib. Parad son 20 ildə ilk dəfə olaraq ağır hərbi texnika nümayiş olunmadan, yalnız piyada kolonları və aviasiya hissəsi ilə baş tutub.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

May 25, 2026
Manşet

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

May 25, 2026
Manşet

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

May 25, 2026

XƏBƏR LENTİ

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

25 May, 26 / 17:22

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May, 26 / 17:21

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

25 May, 26 / 17:19

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

25 May, 26 / 17:15

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 26 / 16:56

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May, 26 / 16:51

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May, 26 / 16:47

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May, 26 / 16:45

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

25 May, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.