“Bunker çarı” FSO-nun mərkəzi aparatının ştatını 785 nəfərdən 812 nəfərə çatdırıb. Tammiqyaslı müharibə başlamazdan əvvəl xidmətin əməkdaşlarının sayı təxminən 13 il ərzində dəyişməyib.
Zefer.media “Financial Times”a istinadən xəbər verir ki, Kremldə Putinə, o cümlədən dronlardan istifadə etməklə sui-qəsd cəhdinin ola biləcəyindən narahatdırlar. Bu narahatlıqlar səbəbindən diktator səfərlərinin sayını azaldıb, onunla görüşən şəxslərin yoxlanılması isə sərtləşdirilib.
Nəşrin mənbələrinin məlumatına görə, Putin və ailəsi də Moskva və Valdaydakı iqamətgahlarda daha az görünməyə başlayıb, qorunan obyektlərdə qalmağa üstünlük verirlər.
Aytən Yalçınqızı

















