Dünya

Putin mühafizə xidmətini yenidən gücləndirib

1 Sentyabr 2026, 16:205
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Prezidenti Vladimir Putin müharibənin başlanmasından bəri Federal Mühafizə Xidmətinin (FSO) mərkəzi aparatının ştat sayını dördüncü dəfə artırıb.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, FSO-nun mərkəzi aparatında nəzərdə tutulan maksimum əməkdaş sayı 785 nəfərdən 812 nəfərə yüksəlib.

Bildirilir ki, bu göstərici 2022-ci ilə qədər on ildən artıq müddətdə dəyişməz qalıb. Müharibə başlayandan sonra isə FSO-nun ştatı ardıcıl şəkildə genişləndirilməyə başlanıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600