Rusiya prezidenti Vladimir Putin 31 avqustda Bişkekə səfəri zamanı Çin prezidenti Si Cinpin ilə görüşüb.
Zefer.media xəbər verir ki, görüşdə Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, energetika naziri Sergey Tsivilev, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Rosatom-un baş direktoru Aleksey Lixaçev iştirak edirlər.
Putin və Si Cinpin arasında Bişkekdə keçirilən danışıqlar liderlər arasında 2026-cı ildə ikinci üzbəüz görüş olub. Əvvəlki görüş Rusiya prezidentinin Çinə rəsmi səfəri zamanı Pekində baş tutmuşdu. Bişkekdə keçirilən ŞƏT sammiti təşkilatın üzv dövlətləri arasında əməkdaşlığa, eləcə də cari beynəlxalq və regional məsələlərə yönəlib.
Putin ŞƏT-in yubiley sammitində iştirak etmək üçün 31 avqustda Qırğızıstana işgüzar səfərə gəlib. Rusiya liderinə ənənəvi bal əsaslı şirniyyatlar təqdim edilib, daha sonra o, qırmızı xalçada qırğız geyimli kişilərlə birlikdə gəzib. Rəqqaslar yürüşdə ənənəvi rəqslə müşayiət ediblər.
Zərintac Mayisqızı

















