Dünya

“Putin artıq 3-cü Dünya Müharibəsinə başlayıb” – Zelenski

23 Fevral 2026, 13:005
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Vladimir Putin artıq III Dünya Müharibəsinə başlayıb. İndi problem onun hərtərəfli müharibəyə çevrilməsinin qarşısını almaqdır”.

Zefer.media xəbər verir ki, bunu “BBC”-yə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Söhbət zamanı aparıcı qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentliyi dövründə Putinin nüvə təhlükələri və III Dünya Müharibəsi qorxusundan narahat olub. Hazırkı prezident Donald Trampın bu fikri bölüşüb-bölüşmədiyi sualına Zelenski belə cavab verib:

“Bizim Üçüncü Dünya Müharibəsi ilə bağlı fərqli fikirlərimiz var. Mən hesab edirəm ki, Putin müharibəni artıq başlayıb. Yeganə sual onun nə qədər ərazini ələ keçirə biləcəyi və onu necə dayandıracağıdır”, – deyə Zelenski qeyd edib.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600