• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.9938
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Psixoloji xidmətlər kimlərin əlindədir? – Araşdırma

09 Aprel, 26 / 10:48
A A

Qazaxıstanda psixoloqlar üçün inzibati cərimələrin tətbiqi məsələsi gündəmə gəlib. Bu barədə deputat Aina Musralimova “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı açıqlama verib.

Onun sözlərinə görə, hazırkı qanunvericilik artıq vətəndaşların sağlamlığına zərər vurulması hallarında cərimə, islah işləri və hətta azadlıqdan məhrumetmə kimi cinayət məsuliyyəti nəzərdə tutur. Bununla yanaşı, işçi qrupu psixoloqların fəaliyyətinə dair əlavə inzibati sanksiyaların tətbiqi imkanlarını da nəzərdən keçirir.

Hazırda cərimələrin konkret məbləği hələ müəyyən edilməyib.

Bəs görəsən Azərbaycanda psixoloqların fəaliyyəti hansı səviyyədə tənzimlənir və bu sahədə inzibati məsuliyyət tədbirlərinin tətbiqi nəzərdə tutulurmu?

Mövzunun Azərbaycandakı hüquqi və praktiki tərəflərini aydınlaşdırmaq üçün həm vəkil, həm də Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Mövzu ilə bağlı Zefer.media-ya müsahibə verən, Vəkillər Kollegiyasının üzvü Rövşən Qasımov suallarımızı cavablandırarkən bildirib ki, psixoloq olmaq üçün yalnız ali təhsil və diplom kifayət etmir…


1.Qazaxıstandakı təşəbbüs Azərbaycan üçün nümunə ola bilərmi?

Psixoloq – insan psixikasının, davranışının, emosional vəziyyətinin və düşüncə proseslərinin tədqiqi ilə məşğul olan peşə sahibidir. Psixoloq sadəcə insanı “dinləyən” deyil, onu başa düşməyə, problemlərini dəyərləndirməyə və çıxış yolu tapmağa kömək edən mütəxəssisdir. Bura fərdi və qrup terapiyası, uşaq və yeniyetmələrlə iş, ailə münasibətləri, psixodiaqnostika və psixoprofilaktika kimi bir çox xidmətlər daxildir. Müasir psixoloqlar yalnız xəstələrlə deyil, sağlam insanlarla da işləyərək onların həyat keyfiyyətini artırmağa, psixoloji problemlərin qarşısını almağa çalışırlar.
Psixoloq seçimi psixi sağlamlığınızı və həyat keyfiyyətinizi yaxşılaşdırmaq üçün çox vacibdir. Hər bir insanın problemləri və gözləntiləri fərqli olduğu üçün düzgün psixoloqu tapmaq vaxt və diqqət tələb edir. Azərbaycan qanun lahiyəsini hazırlayan zaman mövcud olan hər hansı bir dövlətin təcrübəsindən istifadə etməklə hazırlanmamalıdır. Azərbaycanda qanun lahiyəsi dünyada çapında mövcud olmayan daha tərəqqi və digər dövlətlər üçün nümunəvi olan qanun olmalıdır. Pisxoloqların fəaliyyəti qanunvericiliklə ətraflı təznzimləmələrdir. Qanunun əsas mahiyyəti ölkəmizdə psixoloji yardımın hüquqi bazasının yaradılmasıdır. Daha mütərəqqi olması üçün pisxoloqların fəaliyyəti üçün ayrıca qanunvercilik normaları hazırlanmalı , dəqiq tənzimləmələr müəyyən edilməli, Pisxoloji fəlayyətlə məşğul olan şəxslər aldıqları sertifikatlarla deyil , xüsusi ali təhsil müəssələrində aldıqları uzun müddətli tam ətraflı təhsil proqramları ilə tənzimlənən təhsil ilə şərtlənməli və Azərbaycanda pisxoloqları bir arada birləşdirən və onların fəalihyyətinə nəzərat edə bilcək Pisxoloqlar İtiifaqı və ya hər hansı bir formada qurum olmalıdır. Pisxoloqların ittifaqa qəbulu dəqiq tələbləri göstərilən , pisxoloji testlərdən və imtahandan keçən , psixi formada sağlam şəxsləri birləşdirilməli , pixoloqların fəaliyyəti ilə bağlı qanun lahiyəsində öz əksini tapmalıdır. Psixologiya ixtisasına 4 il bakalavr və 2 il magisrtratura təhsili almaqla yiyələnmək olur. Amma bəzi mərkəzlərdə müxtəlif kurslardan əldə edilən sertifikatla da asanlıqla psixoloq kimi fəaliyyət göstərmək mümkündür.

2. Psixoloqların məsuliyyətini artırmaq üçün hansı qanuni mexanizmlər tətbiq oluna bilər?

Pisxoloqların məsuliyyətini artırmaq üçün mülki , inzibati , cinayət məsuliyyəti ilə nizamlanmalıdır. Pisxoloqun fəaliyyətinin nəticəsindən aslı olaraq qeyd edilən məsuliyyətlərdən biri müəyyən oluna bilər.
“Psixoloji yardım haqqında” Qanunun tələblərinin pozulmasına görə Qanunun 21-ci maddəsində göstərildiyi kimi şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 215-1-ci maddəsinə (Psixoloji yardım haqqında qanunvericiliyin pozulması) əsasən psixoloqlar psixoloji yardım göstərilməsi zamanı dərman preparatlarını təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edə bilməzlər. Bu vəzifənin pozulması hallarında onlar cərimə növündə inzibati məsuliyyət daşıyırlar. Baş vermiş nəticəyə uyğun olaraq əməl cinayət qanunvericiliyinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin təsiri altına düşdüyü təqdirdə cinayət məsuliyyəti yaradır.

3. Psixoloji xidmətlərin keyfiyyətini yüksəltmək üçün əlavə hansı tədbirlər vacibdir?

Bir halıda qeyd edək ki , psixoloq olmaq üçün yalnız ali təhsil və diplom kifayət etmir. Əsl peşəkar psixoloq: İnsanları dinləmək bacarığına malik olmalı. Empatiya göstərməyi bacarmalı .Səbirli, dürüst və tolerant olmalı. Mütəmadi olaraq özünü inkişaf etdirməli, yeni biliklər öyrənməli .Peşə etikası və məxfiiliyi qorumaq bacarığına sahib olmalıdır. Psixoloji xidmətlər cəmiyyətin psixi sağlamlığı üçün çox vacibdir. Bu sahədə çalışan mütəxəssislərin peşəkar olması da mütləqdir. Qısa kurs sertifikatı olan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi qeyri-peşəkarlıqla yanaşı, həm də ciddi fəsadlara yol açır. Ölkəmizdə psixoloqların fəaliyyəti üçün sertifikasiya və lisenziyalaşdırılma həyata keçirilərsə, bu mexanizm həm vətəndaşların sağlamlığını təmin edər, həm də psixoloji xidmətlərin keyfiyyətini artırar. Problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılması cəmiyyətin psixoloji sağlamlığına əhəmiyyətli töhfələr verərdi. Bir çox başqa sənət sahibləri də psixologiyanı az-çox oxuyub, müəyyən kurslara gedib özlərini psixoloq adlandırmağa başlayırlar. Bəziləri, hətta vətəndaşlara psixoloji yardım göstərir. Nəticədə psixologiya fakültəsini bitirməyən, psixoloji yardım göstərməsi qadağan edilməli olan şəxslər psixoloq adını daşımağa başlayırlar. Azərbaycanda psixologiya sahəsində daha çox qabardılmalı hissələr də var. Məsələn, məhkəmələr, xəstəxanalar psixoloqlarla işləməlidir, yeni əsgərlər üçün psixoloji yardımın əsasları hazırlanmalıdır, məktəblərdə psixoloji yardım olmalıdır. Yeni qanunda məhz bunlara da yer ayrılsa, yaxşı olar. Hazırda psixoloji yardım göstərən şəxslər, psixoloji mərkəzlərin fəaliyyətini tənzimləyən heç bir sistemin olmamasından istifadə edərək çətin, təhlükəli həyat şəraitində olan insanların vəziyyətlərindən sui-istifadə edilir. Xüsusi ilə nəzərə alsaq ki, daha çox müraciət edən şəxslər cütlüklər, ailə üzvləri, uşaqların mənəvi-emosional sahəsi onlara etibar edilir. Mütləq bu sahədə sistemli yanaşmaya ehtiyac var. Həm dövlət tərəfindən, həmdə cəmiyyət tərəfindən ictimai nəzarət olmalıdır. Psixoloji xidmət haqqında akkreditasiya, iş standartlarının, nəzarət sisteminin yaradılması isə bu sahənin səmərəli fəaliyyətini artıracaq.
Müasir dövrdə psixoloq peşəsi yalnız tələbatlı deyil, həm də sürətlə inkişaf edən bir sahədir. Psixologiya üzrə təhsil alanlar üçün iş imkanları hər il daha da artır. İnsanlar artıq psixoloqa müraciəti ayıb və ya “psixi pozuntunun” göstəricisi kimi yox, əksinə, öz üzərində işləmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün normal bir addım kimi qəbul edirlər. İnkişaf edən cəmiyyətimizdə psixoloq və psixoterapevtlərin rolu getdikcə böyüyür və bu, gələcək üçün böyük perspektivlər vəd edir. Psixoloq olmaq, insan ruhuna toxunmaq, problemlərin kökünü anlamaq və yardım etmək istəyənlər üçün həm çətin, həm də dəyərli bir peşədir. Bu sahədə peşəkar olmaq üçün davamlı təhsil, öz üzərində işləmək və insanlara kömək etmək həvəsi əsas şərtdir. Peşəkar psixoloq olmaq üçün ali təhsillə yanaşı müntəzəm olaraq ixtisasartırma kursu, təcrübə keçmək, bu sahədə olan yeni tədqiqatlarla, terapiya və korreksiya metodları ilə tanış olmaq, treninq və elmi seminarlarda iştirak etmək vacibdir. KİV və sosial şəbəkələrdə klinik psixoloq kimi özünü reklam edərək pasiyent və müştəri yığanlar artmaqdadır. Ona görə də özlərini psixoloq, klinik psixoloq kimi təqdim edənləri efirlərə dəvət edəndə və ictimailəşdirəndə də mütləq onların ali psixoloji təhsilli olması, sənədləri və ixtisaslaşması dəqiq yoxlanılmalıdır. 2018-ci il 7 dekabr tarixli “Psixoloji yardım haqqında” Qanuna əsasən, psixoloq dedikdə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Qanuna uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs başa düşülür. Qanunun 10-cu maddəsinə görə Azərbaycanda psixoloji yardım iki qrup şəxs – psixoloqlar və klinik psixoloqlar tərəfindən həyata keçirilir.

4. Psixoloq kimi sertifikatsız fəaliyyət qanunsuz sayılırsa, bunun üçün hansı inzibati sanksiyalar tətbiq edilə bilər?

Son illərdə sosial şəbəkələrin və onlayn təlim platformalarının artması ilə “psixoloq” adı altında fəaliyyət göstərənlərin sayı xeyli artıb. İnsanlar qısa kursları bitirib, sertifikatsız olaraq məsləhət verməyə başlayır, bu da bəzən yanlış yanaşmalara və etibarsız tövsiyələrə yol açır. Sosial şəbəkələrin yayılması, şəxsi inkişaf mövzusuna marağın artması, asan maddi gəlir əldə etmək istəyi və insanların psixoloji dəstəyə ehtiyacının çoxalması bu sahəni həm populyar, həm də “asan görünən” bir peşəyə çevirib. Nəticədə qısa kurs keçib, sertifikat alıb özünü mütəxəssis kimi təqdim edənlərin sayı artıb. Psixologiya kənardan baxanda söhbət etmək və məsləhət vermək kimi görünə bilər. Halbuki bu, illərlə akademik təhsil, praktik təcrübə, superviziya və etik qaydalara ciddi əməl tələb edən sahədir. İnsan psixikası ilə işləmək məsuliyyətli prosesdir; yanlış yönləndirmə travmanı dərinləşdirə, asılılıq yarada və ya real klinik problemi gözdən qaçıra bilər. Sertifikatsız və ya qısa kurs bitirən “mütəxəssislərin” artmasının bir səbəbi də cəmiyyətin psixoloji xidmətlə bağlı maarif səviyyəsinin hələ tam formalaşmamasıdır. İnsanlar diplom, ixtisas və peşəkar etik kodeks kimi meyarlara yox, daha çox sosial mediada görünənlik və təsirə diqqət edirlər. Halbuki psixoloq seçərkən ali təhsil, ixtisaslaşma sahəsi, praktik təcrübə, peşəkarlıq və etik çərçivə əsas kriteriya olmalıdır. Burada başqa bir məqam da var: psixoloji mövzuların populyarlaşması müsbət haldır, çünki insanlar artıq ruh sağlamlığını daha açıq müzakirə edirlər. Amma bu sahənin kommersiyalaşması və qeyri-peşəkar müdaxilələr risklidir. Psixologiya motivasiya çıxışı və ya ümumi həyat məsləhəti vermək deyil; bu, elmi əsaslı və məsuliyyətli bir peşədir.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqlamasına görə, Azərbaycanda psixoloji xidmətlər “Psixoloji yardım haqqında” qanunla tənzimlənir və bu xidmətlər psixoloq və ya klinik (tibbi) psixoloq tərəfindən göstərilə bilər:

“Tibb müəssisələrində isə psixoloji yardım yalnız klinik psixoloqlar tərəfindən həyata keçirilir və onlar müvafiq attestasiya almalıdırlar.
Nazirlik bildirir ki, özəl psixoloji mərkəzlərin fəaliyyəti lisenziyalaşdırılan tibbi fəaliyyətə daxil edilmədiyindən birbaşa nəzarətə cəlb olunmur. Lakin bu mərkəzlərdə qanunsuz tibbi fəaliyyət aşkarlanarsa, yoxlamalar aparılır, inzibati tədbirlər görülür və zərurət olduqda materiallar hüquq-mühafizə orqanlarına göndərilir.

Həmçinin qeyd olunur ki, psixoloji xidmətlərin qiymətləri əsasən bazar prinsipləri ilə formalaşır və vətəndaşlara müraciət edərkən mütəxəssislərin ixtisasını yoxlamaq tövsiyə edilir”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

“ASAN kommunal” - 10 il

May 4, 2026
Cəmiyyət

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

May 4, 2026
Cəmiyyət

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

May 4, 2026
Dünya

Ukrayna dronları 9 may paradında uça bilər - Zelenski 

May 4, 2026
Gündəm

Qərbin bəzi ölkələri də gördü ki, Bakı və İrəvan arasında sülh yaranır - Politoloq

May 4, 2026
Manşet

Makronun açıqlaması erməni lobbisinin istəyini qarşılamaq məqsədi daşıyır - Asif Nərimanlı 

May 4, 2026

XƏBƏR LENTİ

“ASAN kommunal” - 10 il

04 May, 26 / 16:40

“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

04 May, 26 / 16:25

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb

04 May, 26 / 15:55

Özcan Denizdən Bakıda möhtəşəm konsert

04 May, 26 / 15:27

Ukrayna dronları 9 may paradında uça bilər - Zelenski 

04 May, 26 / 15:11
A bird flies over an Iranian flag, amid a ceasefire between U.S. and Iran, in Tehran, Iran, April 27, 2026. Majid Asgaripour/WANA (West Asia News Agency) via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY

İran ABŞ gəmisini vurduğunu iddia edir

04 May, 26 / 15:05

Yaponiya: “Hörmüz boğazının faktiki bağlanması regiona böyük təsir göstərib” 

04 May, 26 / 15:03

SEPAH Hörmüz boğazında yeni nəzarət zonasını elan edib

04 May, 26 / 15:00

Qərbin bəzi ölkələri də gördü ki, Bakı və İrəvan arasında sülh yaranır - Politoloq

04 May, 26 / 14:57

“ABŞ-nin bölgədəki hərbi mövcudluğu bəzi hallarda təhlükəsizliyi artırıb”

04 May, 26 / 13:43

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.