Siyasət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul 2026, 12:282
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Zefer.media xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600