• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Prezident məişət tullantıları daşıyan texnikalarla tanış olub - FOTOLAR

02 Mart, 26 / 13:15
A A

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

Zefer.media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından – Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.

Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olubPrezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Bənzər Xəbərlər

Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026
Gündəm

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

Sentyabr 18, 2026
Gündəm

General-mayor vəfat etdi

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr, 26 / 18:36

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr, 26 / 13:01

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

19 Sentyabr, 26 / 12:49

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

18 Sentyabr, 26 / 20:25

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

18 Sentyabr, 26 / 19:29

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

18 Sentyabr, 26 / 14:24

Təyyarədə iki sərnişin əlbəyaxa davaya çıxıb - VİDEO

18 Sentyabr, 26 / 13:32

Azərbaycan DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 10 nəfər saxlanılıb

18 Sentyabr, 26 / 13:24

Zöder Almaniyada əmək qabiliyyətli gənc ukraynalıları ödənişlərin ləğv edilməsinə çağırıb

18 Sentyabr, 26 / 13:00

Balıqçılığı qadağan etsəm, Bass Pro Shops rəhbəri biznesini itirər – Tramp

18 Sentyabr, 26 / 12:57

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.