Polşada ukraynalılara qarşı etnik zəmində törədilən cinayətlərin sayının artdığı bildirilir.
Zefer.media “Politico”ya istinadən xəbər verir ki, 2026-cı ilin ilk yarısında polis etnik motivli 180 cinayət qeydə alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Fevral-iyun aylarında məhkəməyə göndərilən nifrət cinayətləri üzrə işlərin 80%-dən çoxu ukraynalılarla bağlı olub.
CBOS-un məlumatına görə, ukraynalılara müsbət münasibət bəsləyən polyakların payı 2023-cü ildəki 51%-dən 2026-cı ilin yanvarında 29%-ə düşüb.
Bunun fonunda sağçı partiyaların 2027-ci il seçkiləri ərəfəsində anti-Ukrayna ritorikasını gücləndirdiyi qeyd olunur.
Aytən Yalçınqızı




