Dünya

Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı”

7 May 2026, 16:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrail və ABŞ son müharibə dövründə İranı daxildən zəiflətmək və parçalamağa yönəlmiş siyasət yürüdüb.

Zefer.media xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

Pezeşkian iş adamları ilə görüşdə çıxışı zamanı deyib: “İsrail və ABŞ sabitliyin təmin edilməsi ilə məşğul olan təhlükəsizlik strukturlarımızı hədəfə alıb”.

Onun sözlərinə görə, həmin qüvvələr vəziyyətdən istifadə edərək ölkə daxilində narazılıq və etirazların artacağını, bunun isə hakimiyyətə təzyiq yaradacağını düşünürdü.

Prezident qeyd edib ki, müxtəlif ölkələrdə qiymət artımları səbəbilə etirazların baş verməsi fonunda oxşar ssenari İran üçün də planlaşdırılmışdı.

Pezeşkianın dediklərinə görə, ictimai dəstək və iş adamlarının fəaliyyəti bu planların həyata keçməsinin qarşısını alıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600