Rusiyanın Perm şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına düşüb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Perm vilayətinin qubernatoru Dmitri Maxonin gecə ərzində region üzərində 27 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Hadisə nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib. Bir nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.
Aytən Yalçınqızı




