• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.8° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Paşinyanın sülh açıqlaması: Ermənistan həqiqətən geri çəkilir?

18 May, 26 / 12:33
A A

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür.

Paşinyan qeyd edib ki, həmin məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil.

“Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, — deyə o vurğulayıb.

Nikol Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb.

Bəs görəsən Baş nazir dediklərində nə dərəcədə səmimidir?

Politoloq Azad Məsiyev Zefer.media-ya açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Paşinyanın bəyanatları ilə əməlləri arasında ciddi ziddiyyət var:

“O, hakimiyyətə gələndə “Qarabağ Ermənistandır, nöqtə” kimi aqressiv şüarlarla çıxış edirdi və uzun müddət Azərbaycana qarşı destruktiv siyasət yürüdüb.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nümayiş etdirdiyi gücdən sonra Paşinyan reallığı qəbul etməyə məcbur qaldı. Lakin Ermənistan cəmiyyətində hələ də “böyük Ermənistan” xülyasının yaşadığı görünür. Əgər Paşinyan doğrudan da Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə Ermənistan konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina olunmalıdır. Bunun üçün isə referendum keçirilməli və erməni cəmiyyəti qonşularla sülh şəraitində yaşamaq istəyini açıq ifadə etməlidir.

Bununla yanaşı, Paşinyan bu illər ərzində üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməyib. Xüsusilə, Zəngəzur dəhlizi məsələsində verilən vədlər icra olunmayıb. Ermənistan Naxçıvanla Azərbaycanın quru əlaqəsinin bərpası ilə bağlı öhdəliyini bu günədək həyata keçirməyib”.

Politoloq əlavə edib ki, digər tərəfdən isə Ermənistan sürətlə silahlanır:

“Fransa və Hindistan-dan alınan silahlar, həyata keçirilən uzunmüddətli hərbi proqramlar və xarici hərbi əməkdaşlığın genişlənməsi sual yaradır: bu silahlanma kimə qarşı yönəlib? Nə Türkiyəyə, nə də İrana. Bu prosesin əsas hədəfinin Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq olduğu aydındır.
Paşinyanın hazırkı sülh bəyanatlarının fonunda bu addımlar onun sözləri ilə praktiki siyasəti arasında fərqi ortaya qoyur. Ermənistanda qarşıdan gələn seçkilər də nəzərə alınarsa, bu cür çıxışların daha çox daxili auditoriyaya hesablandığı, reytinq artırmaq və hakimiyyətdə qalmaq məqsədi daşıdığı görünür.

Habelə, Ermənistan daxilində radikal qüvvələr və diaspor strukturları hələ də Azərbaycan əleyhinə siyasətin formalaşmasında mühüm rol oynayır. Müxtəlif beynəlxalq platformalarda, o cümlədən Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı qərarların qəbulunda erməni lobbi qruplarının fəallığı müşahidə olunub.
Bütün bunları nəzərə alaraq, Paşinyanın səsləndirdiyi müsbət bəyanatlara ehtiyatla yanaşmaq lazımdır. Ermənistan yalnız real gücü qəbul edir. Azərbaycan güclü dövlət kimi mövqeyini qoruduğu üçün İrəvan bu cür ritorikaya üstünlük verir. Ona görə də Azərbaycan öz siyasi və hərbi mövqeyini daha da möhkəmləndirməli, bölgədə yaranan reallığı daim nəzərə almalıdır”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Gündəm

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

İyun 19, 2026
Dünya

“Müharibə İranı zəiflədib”

İyun 19, 2026
Cəmiyyət

Çimərliklərə gedərkən nələri bilməliyik? - Ekspert açıqladı 

İyun 19, 2026
Dünya

Türkiyənin müdafiə naziri: NATO-nun Ankara sammiti ittifaq üçün dönüş nöqtəsi olacaq

İyun 19, 2026
Manşet

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadim Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

İyun 19, 2026
Dünya

“İranın nüvə silahı olmayacaq”

İyun 19, 2026

XƏBƏR LENTİ

Müslüm Maqomayevə həsr olunmuş “Sevgi və Dəniz” adlı anım gecəsinə 1000-dən çox tamaşaçı qatılıb

21 İyun, 26 / 23:58

Moldova Azərbaycanlıları Konqresi Nizami Gəncəvinin abidəsi önündə ənənəvi iməcilik aksiyası keçirib

21 İyun, 26 / 18:01

5-ci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb

21 İyun, 26 / 15:57

“Azərbaycan onların çirkin oyununu pozdu”- VİDEO

20 İyun, 26 / 11:13

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib

19 İyun, 26 / 20:05

Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

19 İyun, 26 / 19:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb

19 İyun, 26 / 19:54

“Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası” mövzusunda tədbir keçirilib

19 İyun, 26 / 18:40

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirdi

19 İyun, 26 / 17:46

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

19 İyun, 26 / 17:34

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.