Ermənistanın Baş naziri Nikol Paşinyan Hessendə keçiriləcək mərasimdə Hessend Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, mükafat Paşinyana Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə təqdim olunacaq.
Mükafatlandırma mərasiminin Visbadendə, Hessen federal torpağının parlamentində keçirilməsi planlaşdırılır.
Aytən Yalçınqızı

















