Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal erməni millətçilərini “xəyal dünyasında yaşamaqda” ittiham edib.
Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Qərbimizdə, Türkiyədə 90 milyon türk, şərqimizdə, Azərbaycanda 10 milyon türk, cənubumuzda isə İranda 35 milyon türk yaşayır”, – deyə, Paşinyan bildirib.
O, radikalları reallıqla barışmağa çağıraraq əlavə edib: “Biz neçə nəfərik? 3 milyon erməni. Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”.
Zərintac Mayisqızı
















