Dünya

Özbəkistan Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu layihəsinə qoşulmağa hazırlaşır

23 Sentyabr 2026, 19:103
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Özbəkistanda ölkənin Naxçıvandan Türkiyə istiqamətində inşa ediləcək dəmir yolunun tikintisində iştirak imkanlarını araşdırmaq üçün işçi qrup yaradılıb. 

Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, bunu respublikanın nəqliyyat naziri İlham Mahkamov açıqlayıb.

Onun sözlərinə görə, müvafiq tapşırıqlar Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərlərinin nəticələrinə əsasən verilib.

“Hər istiqamət üzrə ayrıca işçi qrup yaradılıb”, – Mahkamov «O’zbekiston 24» telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi görülən işlər, əldə olunan nəticələr və ilin sonunadək qarşıda duran vəzifələrlə bağlı hesabatlar təqdim edib və gələcək tapşırıqlar alıb.

Daha əvvəl Özbəkistanın Naxçıvandan Türkiyəyə uzanan dəmir yolunun tikintisində iştirak imkanlarını araşdırdığı bildirilmişdi. Layihə Samsun və İstanbul limanlarına çıxışı təmin etməlidir.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600