• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ön sırada döyüşən kapitan: Aprel döyüşlərinin əfsanəvi şəhidi Mühüd Orucov

07 Fevral, 26 / 11:39
A A

Hazırki sülhümüz və əmin-amanlığımız şəhidlərimizin qəhrəmanlığı sayəsində mövcuddur. Onlar vətən uğrunda canlarını fəda edərək gələcək nəsillərə sabit və təhlükəsiz həyat bağışladılar. Biz onların xatirəsini heç zaman unutmuruq və daim hörmətlə yad edirik.

Bu günkü haqqında danışacağımız şəhid Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan Mühüd Orucov Qurban oğludur.

Mühüd Orucov 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirmiş və Azərbaycan Silahlı Qüvvələrində kapitan rütbəsinə yüksəlmişdir. Mühüd Orucov ailəli idi və onun əkiz oğlanları yadigar qalmışdır. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Mühüd Orucov qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Aprelin 12-də Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə rayon sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri qatılmış, mərasimin sonunda yaylım atəşi açılmış və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. Onun göstərdiyi cəsarət və fədakarlıq bütün Azərbaycan gənclərinə örnəkdir. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır və onların qəhrəmanlıqları gələcək nəsillərə ilham verir.

Şəhidin döyüş yoldaşı Seymur Aslanov bu barədə Crossmedia.az-a danışıb.

– Mühüd Orucovun döyüş hazırlığı və orduda liderliyi haqqında nə deyə bilərsiniz?

– Mühüd Orucov yüksək döyüş hazırlığına malik, peşəkar hərbçi,zabit idi. O, tapşırıqları yalnız icra edən deyil, eyni zamanda vəziyyəti düzgün dəyərləndirən, çevik qərar verən bir döyüşçü idi. Orduda onun liderliyi rütbədən yox, davranışdan irəli gəlirdi. Döyüş yoldaşları və tabeçiliyində olan şəxsi heyət ona inanırdı, çünki o, həmişə ön sırada olurdu, riskdən çəkinmirdi və heç vaxt şəxsi təhlükəsizliyini başqalarınkından üstün tutmurdu. Mühüd çətin anlarda insanlara ruh verən, birliyi qoruyan əsl komandir xarakterli bir şəxs idi.

– Onun xarakterində və davranışında sizə ən çox təsir edən xüsusiyyətləri nə idi?

– Mühüd Orucovun ən çox təsir edən xüsusiyyəti vətənə olan sarsılmaz sevgisi və daxili möhkəmliyi idi. O, sakit, təmkinli, amma eyni zamanda prinsipial insan idi. Heç vaxt şikayət etməzdi, ən ağır şəraitdə belə ümidini itirməzdi. Ədalətli idi, kiminsə haqqının tapdalanmasına dözməzdi. İnsanlarla münasibətində səmimi, düz danışan, etibarlı bir yoldaş idi. Onun sözü ilə əməli hər zaman üst-üstə düşürdü.

– Onun gələcək planları və arzuları haqqında nə isə bilirsinizmi?

– Bəli, Mühüdin gələcəklə bağlı arzuları var idi. O, müharibəsiz, təhlükəsiz bir Azərbaycan görmək istəyirdi. Hər zaman deyirdi ki, əsas məqsədimiz torpaqlarımızın azad olmasıdır. Şəxsi həyatla bağlı isə ailəsini, valideynlərini qürurlandırmaq, övladlarına başıdik gəzmək istədiyi bir Vətən miras qoymaq arzusu vardı. Onun bütün planlarının mərkəzində Vətən dayanırdı.

– Haqqında danışarkən sizi ən çox təsirləndirən xatirə hansıdır?

– Məni ən çox təsirləndirən xatirə 2014- cü il avqust hadisələri vaxtı mənfur düşmənin törətdiyi təxribatlara qarşı layiqli cavab vermək üçün Mühüdün bölməsinə tapşırıq verilmişdi. Həmin tapşırıqda məndə iştirak etmişdim. Bu mənim Mühüdlə ilk tapşırığım idi. O bölməsi ilə tapşırığa hazırlaşarkən onu kənardan izləyərkən döyüşə getməzdən əvvəlki sakitliyi və əminliyi idi ən yadda qalan və təsirləndirən xatirələrdən biri. Sanki daxilən hər şeyə hazır idi. Həmin anlarda qorxu yox, yalnız məsuliyyət hissi vardı. O, elə bir inamla danışırdı ki, ətrafındakı hər kəsə güc verirdi. Bu sakit qətiyyət onun nə qədər böyük ruhlu bir insan olduğunu göstərirdi. O tapşırıqda əfsuslar olsun ki, Mühüd bölməsindən 3 şəhid verdi. Əliyev Pərvin, Əhmədov Elçin və Hüseynov Rahil. Buna baxmayaraq Mühüd sarsılmaz iradəsi və güclü idarəetməsi sayəsində bölməsi ilə düşmənin 70- ə yaxın hərbi qulluqçusunu və texnikasını məhv etmişdi. Sonradan alınan məlumatlara görə məhv edilən düşmən qruplaşması xüsusi təyinatlı birləşmənin nümayəndələri olub.

– Onun yoxluğu sizə necə təsir edib və hələ də xatirəsi həyatınıza necə istiqamət verir?

– Xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti arasında bizim sıralarımızı tərk edən  müəyyən sayda şəhid və qazi olmuşdur. Bunlardan bir neçəsi Vətən müharibəsi qəhramanı və müəyyən orden və medallarla təltif olunmuş hərbi qulluqçular vardır. Mühüd Orucovun yoxluğu böyük bir boşluqdur. Onun itkisi insanı həm sarsıdır, həm də məsuliyyət hissini artırır. Onun vətənə və şərəfə olan münasibəti bu gün də həyatımda bir ölçü, bir yol göstəricidir. O, fiziki olaraq aramızda olmasa da, adı və amalının yaşaması bizim borcumuzdur.Mən onunla bir bölmədə xidmət etməsəmdə xidmət yolumuz müəyyən müddət bir hərbi hissədə keçmiş və bölmələrimiz ayrı olmuşdur. Buna baxmayaraq müəyyən hazırlıqlarda birlikdə olardıq. Mühüd əsl qəhramanlıq salnaməsidir.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah yağış yağacaq

Sentyabr 11, 2026
Cəmiyyət

“Avtovağzal”dan bütün stansiyalara getmək mümkün olacaq

Sentyabr 11, 2026
Cəmiyyət

DTX-nin həbs etdiyi şəxslərə hökm oxundu

Sentyabr 11, 2026
Cəmiyyət

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Sentyabr 9, 2026
Cəmiyyət

Anar Bayramov direktor müavinini işdən çıxardı

Sentyabr 9, 2026
Cəmiyyət

Bağçalara növbəyə yazılma prosesi başlayır

Sentyabr 9, 2026

XƏBƏR LENTİ

Medianews.az 14 yaşını qeyd edir

12 Sentyabr, 26 / 13:06

2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq

11 Sentyabr, 26 / 16:28

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

11 Sentyabr, 26 / 16:26

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

11 Sentyabr, 26 / 16:24

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

11 Sentyabr, 26 / 16:18

Rusiya və Çin İran sanksiyalarının bərpasına qarşı çıxdı

11 Sentyabr, 26 / 16:16

“İran və Körfəz ölkələri Hörmüz boğazı üzrə sazişi müzakirə edəcək” 

11 Sentyabr, 26 / 16:13

Pezeşkian: “ABŞ ilə müharibənin davam etdirilməsinin tərəfdarı deyiləm”

11 Sentyabr, 26 / 16:11

Maşın yararsız hala düşsə də, özü yüngül yaralandı

11 Sentyabr, 26 / 14:56

Paşinyan Rusiya qazını ucuz hesab etmir

11 Sentyabr, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.