Odessaya gecə saatlarında edilən atəş nəticəsində 17 nəfər, o cümlədən üç uşaq xəsarət alıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Bildirilib ki, 21 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillər, eləcə də avtomobillər zədələnib.
Xəsarət alanlara zəruri tibbi yardım göstərilir.
Aytən Yalçınqızı


















