Gündəm

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

5 Mart 2026, 12:543
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.

Bu barədə Zefer.media-ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

Xatırladaq ki, bu gün İranın PUA-ları naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600