• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Müşfiq nəslinin davamçısı kimi muzeyin bərpasında dəstəyimizi göstərməyə hazırıq”

16 Fevral, 26 / 20:41
A A

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – şair Mikayıl Müşfiq və dramaturq Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq.

Zefer.media Mədəniyyət Nazirliyindən bildirilib ki, qurum tərəfindən muzeylərin cari və əsaslı təmiri, ekspozisiyalarının bədii tərtibatı, maddi texniki bazasının gücləndirilməsi istiqamətində mütəmadi olaraq işlər həyata keçirilir.

Mikayıl Müşfiqin ailə üzvləri, yaxınları da açıqlama verərək sevincini bölüşüblər. Dəyərli şairin nəsil davamçısı, əmisi nəvəsi Reyhan İsmayılzadə vurğulayıb ki, bu xəbər onun və bütün Müşfiqsevərlər üçün olduqca sevindirici hadisədir:

“Mikayıl Müşfiq nəslinin – İsmayılzadələrin davamçısı olaraq muzeyin layihələndirilməsi və təmir-bərpa işlərində öz dəstəyimizi göstərməyə hər zaman hazıram.

Mədəniyyət nazirimiz cənab Adil Kərimli ilə görüşümüz zamanı o, muzeyin layihələndirilməsi və təmir-bərpa prosesi çərçivəsində yaradılacaq işçi qrupuna məni də daxil edəcəyinə söz vermişdi. Bu, mənim üçün böyük etimad və məsuliyyətdir.

Reyhan İsmayılzadə onu da qeyd edib ki, muzeyin rəhbərliyinə ailə üzvlərimizdən birinin təyin olunması məqsədəuyğun olardı:

“Şairin irsinin, İsmayılzadələr nəslinin təbliği və qorunması işində mütləq şəkildə onun birbaşa nəsil davamçılarından biri iştirak etməlidir. Düşünürəm ki, şairin həyat və yaradıcılığının təbliğini daha dolğun, daha dəqiq və məsuliyyətlə həyata keçirə bilərik.

Bu xəbərlə mənim ən böyük arzularımdan birinin gerçəkləşdi. Bu gün valideynlərimin, M.Müşfiqin bacısı Balacaxanım bibimin, eləcə də Dilbər Axundzadənin ruhunun şad olduğuna inanıram. Çünki onlar ömürlərini Müşfiq irsinin yaşadılmasına həsr etmiş, bu müqəddəs amal uğrunda böyük zəhmətlər çəkmişlər.

Müraciətlərimizi diqqətlə qarşılayan və ailəmizə hər zaman xüsusi qayğı göstərən, başda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, Birinci vitse-prezident, xanımlar xanımı, hörmətli Mehriban Əliyevaya, həmçinin Mədəniyyət nazirimiz cənab Adil Kərimliyə dərin minnətdarlığımı bildirirəm. Bu prosesdə bizə dəstək olan bütün Müşfiqsevərlərə də səmimi təşəkkürümü çatdırıram.

İnanıram ki, ölkə rəhbərliyinin diqqət və qayğısı bundan sonra da Şairin nəslinin davamçılarına artacaq və bu irsin yaşadılması istiqamətində görülən işlər daha da genişlənəcəkdir.

Allah ömür versə, muzeyin təmirdən sonrakı açılış mərasimində iştirak etməyi arzulayıram.

Bu gün Mikayıl Müşfiqin nakam ruhunun şad olduğuna inanıram və əminəm ki, muzey əsaslı təmirdən sonra qapılarını yenidən açdıqda bu onun ruhu daha da şad olacaq”.

Zərintac Mayisqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

İyul 11, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026
Cəmiyyət

TƏBİB və bp-nin tərəfdaşlığı çərçivəsində Yeni Klinikada Tibbi Tədris – Simulyasiya Mərkəzinin açılışı olub

İyul 8, 2026
Cəmiyyət

Pirşağıda tikinti sahəsi ilə bağlı rəsmi açıqlama

İyul 8, 2026
Cəmiyyət

Küləkli hava nə vaxta qədər davam edəcək?

İyul 8, 2026
Cəmiyyət

​Mavi sonsuzluğun gizli təhlükəsi: Çimərliklərdə saniyələr içində baş verən faciələr

İyul 8, 2026

XƏBƏR LENTİ

Mayor Zaur Hüseynova yeni rütbə verilib

11 İyul, 26 / 20:16

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

11 İyul, 26 / 19:17

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

11 İyul, 26 / 13:40

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

10 İyul, 26 / 15:12

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

10 İyul, 26 / 14:14

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 İyul, 26 / 13:53

Prezident İlham Əliyev fərman imzaladı

10 İyul, 26 / 13:49

Ermənistana propan və gübrə göndərilir

10 İyul, 26 / 13:47

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.