• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.5° Weather Ashburn
$
1.7
€
2.0004
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mühüd Orucov kimi qəhrəmanlar sayəsində əldə olunan qələbələr dövlətimizin gücünü daha da möhkəmləndirdi

08 Aprel, 26 / 13:52
A A

İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun xatirəsinə həsr olunmuş “Cəsarətin adı – Mühüd Orucov” mövzusunda tədbir keçirilib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, döyüş yoldaşları, dostları iştirak ediblər.

Ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü nümayiş etdirən mühüm hərbi əməliyyatlar kimi tarixə düşdüyünü və həmin dördgünlük müharibə nəticəsində bir sıra strateji yüksəkliklər və ərazilərin işğaldan azad olunduğunu bildiriblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan əsgərinin, hərbçisinin yüksək döyüş qabiliyyətini və Vətənə sədaqətini bir daha sübut etdi. Eyni zamanda, bu qələbə sonrakı hərbi uğurların, xüsusilə də böyük Zəfərin təməlini təşkil etdi.

Mühüd Orucovun Azərbaycanın hərb tarixində sözünü demiş qəhrəmanlardan biri olduğunu qeyd edən natiqlər onun şərəfli həyat və döyüş yolunun gənc nəsil üçün örnək olmaqla yanaşı, milli qürur mənbəyimiz olduğunu deyiblər. Bildirilib ki, Mühüd kimi oğulların qanı, canı hesabına əldə olunan qələbələr və uğurlar dövlətimizin gücünü və xalqımızın birliyini daha da möhkəmləndirdi. Hər birimiz şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahib çıxmalı və onlardan miras qalan müqəddəs dəyərləri daim uca tutmalıyıq.

Şəhidin ailə üzvləri adından çıxış edən atası Qurban Orucov Mühüdlə bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan qorxmaz və cəsarətli biri olduğunu deyib: “O həmişə qələbəyə inanırdı. Bu gün Mühüdün arzuları çin oldu. Onun şəhadətə qovuşduğu Aprel döyüşləri Zəfər yolunu açdı, ordumuzda öz gücünə inam yaratdı. Mühüd kimi oğulların xatirəsinə göstərilən ehtirama görə dərin minnətdarlığımı bildirirəm”.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbir çərçivəsində şəhidin həyatının müxtəlif dönəmlərini əks etdirən, o cümlədən şəxsi əşya və medallarının yer aldığı sərgi də açılıb.

Bənzər Xəbərlər

Banner

“Tasnim News” İran-ABŞ danışıqları haqqında anime videosu yayımlayıb

Aprel 14, 2026
Banner

Paytaxtın bəzi yerlərində dolu yağıb - VİDEO 

Aprel 14, 2026
Banner

Süni uşaq qidalarının içindən çıxan həşəratlar - Körpələri necə qoruyaq?

Aprel 14, 2026
Cəmiyyət

TƏBİB-in icraçı direktoru bu şəxs təyin edildi

Aprel 14, 2026
Banner

İran XİN Azərbaycana təşəkkür edib

Aprel 14, 2026
Maqazin

Bu, doğum günümə özümə etdiyim gözəl hədiyyədir - Müğənni

Aprel 14, 2026

XƏBƏR LENTİ

“Tasnim News” İran-ABŞ danışıqları haqqında anime videosu yayımlayıb

14 Aprel, 26 / 23:45

İranın nüvə silahı əldə etməsi dünya üçün qəbuledilməzdir - Vens

14 Aprel, 26 / 23:01

Paytaxtın bəzi yerlərində dolu yağıb - VİDEO 

14 Aprel, 26 / 22:57

Vaşinqtonda İsrail və Livan arasında danışıqlar bu qədər davam edib

14 Aprel, 26 / 22:52

ABŞ-ın İran nefti ilə bağlı mümkün qərarı açıqlanıb

14 Aprel, 26 / 22:05

Kadırov yeni mükafat aldı

14 Aprel, 26 / 21:34

ABŞ-İran danışıqları yaxın iki gün ərzində keçirilə bilər - Tramp

14 Aprel, 26 / 21:29

Süni uşaq qidalarının içindən çıxan həşəratlar - Körpələri necə qoruyaq?

14 Aprel, 26 / 21:02

TƏBİB-in icraçı direktoru bu şəxs təyin edildi

14 Aprel, 26 / 20:29

İran XİN Azərbaycana təşəkkür edib

14 Aprel, 26 / 20:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.