• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mübariz İbrahimovun anım günüdür

19 İyun, 26 / 15:40
A A

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.

Zefer.media xəbər verir ki, şəhidimiz 7 fevral 1988-ci ildə, Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Onun atasının adı Ağakərim, anasının adı isə Şamamadır. Atası 16 oktyabr 2024-cü ildə vəfat edib. O, qardaşları Bəhruz və Rəşaddan sonra ailənin üçüncü övladı və sonbeşiyi idi. İbrahimovun qeydlərinə görə, o, seyid nəslindəndir. İbrahimov 1994-cü ildə Malik Piriyev adına Əliabad kənd ibtidai məktəbinə daxil olub. O, məktəbdə keçilən idman dərsləri ilə kifayətlənməyib rayona gedər, 12–13 yaşlarından idmanın boks növü ilə məşğul olardı.

Azərbaycanın igid övladı 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurub. O, bir müddət mülki işdə çalışdıqdan sonra 2009-cu ilin sentyabr ayında gizir kurslarına daxil olub, sonra Naftalanda xidmət edib.  Mübariz İbrahimov həmin ilin avqustunda könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət edib, gizir kimi Tərtər rayonunda hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Mübariz İbrahimov 2010-cu ilin 18 iyunundan 19-na keçən gecə bir məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlayıb. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edib və şəhadətə ucalıb. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürüb.  Müxtəlif mənbələrə görə isə həmin rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirib.

Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalıb, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib edib. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Faktiki hava açıqlanıb

İyul 12, 2026
Cəmiyyət

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

İyul 11, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026
Cəmiyyət

TƏBİB və bp-nin tərəfdaşlığı çərçivəsində Yeni Klinikada Tibbi Tədris – Simulyasiya Mərkəzinin açılışı olub

İyul 8, 2026
Cəmiyyət

Pirşağıda tikinti sahəsi ilə bağlı rəsmi açıqlama

İyul 8, 2026
Cəmiyyət

Küləkli hava nə vaxta qədər davam edəcək?

İyul 8, 2026

XƏBƏR LENTİ

Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı var

12 İyul, 26 / 11:27

Faktiki hava açıqlanıb

12 İyul, 26 / 11:25

Mayor Zaur Hüseynova yeni rütbə verilib

11 İyul, 26 / 20:16

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

11 İyul, 26 / 19:17

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

11 İyul, 26 / 13:40

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

10 İyul, 26 / 15:12

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

10 İyul, 26 / 14:14

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 İyul, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.