• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8° Weather Ashburn
$
1.7
€
1.98
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Müəllimlər cərimə oluna bilər - Bu nə dərəcədə doğru sayılır? - AÇIQLAMA

24 Aprel, 26 / 16:39
A A

Məktəbdə şagirdə qarşı fiziki və ya psixoloji zorakılıq artıq cərimə ilə nəticələnə bilər. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, həm müəllimlər, həm də valideynlər üçün 200 manat məbləğində cərimə nəzərdə tutulur.

Bu məsələ cəmiyyətimizdə ciddi müzakirə mövzusuna çevrilib. Uşaqların hüquqlarının qorunması vacib addım olsa da vətəndaşlarımızın əksəriyyəti bəzi səbəblərdən həmin qərarlara çox da müsbət baxmır. Bəs sözügedən qaydalarin tətbiqi nə dərəcədə və hansı hallarda doğrudur?

Sosioloq Naib Niftəliyev Zefer.media-ya açıqlaması zamanı deyib ki, öncə inzibati xətalar məcəlləsinin formatında dəyişikliklər olmalıdır:

“Hər bir əmələ görə konkret tətbiq nəzərdə tutulmalıdır. Elə faktlar var ki, fiziki, yaxud da psixoloji zorakılıq cinayət məcəlləsində xüsusi yer alır və cəza mexanizmləri mövcuddur. Bütün bu neqativ hallara qarşı tədbirlər görülməsi əlbəttə zəruridir. Lakin bir pedaqoqun davranışının məhdudlaşdırılması kimi fəaliyyətlər istər-istəməz mübahisə və müzakirə predmeti kimi böyüyür. Müəllimin davranışının hüquqi, sosial, həm də pedaqoji cəhətdən başa düşüb qiymətləndirməliyik. Onu cərimə etmək artıq nüfuzuna xələl gətirmək kimi olur. Müəllim üçün cərimə həbsdən daha ağırdır. Maddi baxımdan yanaşsaq, tutaq ki, bir pedaqoqu 4 şagird şikayət etsə demək olar ki, bütün qazancı gedəcək. Fiziki travmanı yaxşı başa düşürük, bunu şagirdə qarşı qətiyyən etmək olmaz. Psixoloji şiddət nüansı daha dəqiq şəkildə aydınlaşdırılmalıdır. Şübhəsiz istisnalar var,  amma bir müəllimin şagirdə psixoloji travma göstərmək kimi niyyəti ola bilməz. Cərimə tətbiqi ilə bağlı məsələ daha detallı izah olunmalı, həyata keçirilərkən dəqiq sübutlar müəyyənləşdirməlidir. Əks halda bir çox boşluqlar, müəllimə təzyiq imkanları, qərardan istifadə yarana bilər. Bu da təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir. Vurğuladığım amillər istər müəllimin, istərsə də valideynin tərbiyə metodunda əngəllər törədər. Hər şeyi də psixoloji şiddət kimi görməyək. Məsələn, uşağı düzgün yönləndirmək məqsədilə bəzən danlayırlar, biraz sərt danışırlar. Əl qaldırmadan, psixikasını zədələmədən müəllim yeri gələndə şagirdə töhmət də etməlidir, yaxşı mənada, məqsədyönlü biraz təzyiq göstərməlidir ki, həm dərs, istər tərbiyəsi üçün ürəkaçan nəticə əldə olunsun”.

Sosioloq bildirib ki, müəllimlər şagirdin mənəvi, ikinci valideyni sayılır, ona və yaşına hörmət etmək gərəklidir:

“Pedaqoq həqiqətən səhv edirsə, fiziki şiddət və s. kimi mənfi əməllərə yol verirsə, hər bir vətəndaş kimi cəzalandırılmalıdır. Ancaq müəllimin adını zəiflətmək, gözdən, hörmətdən salmaq yolverilməzdir, şagird üzərindəki təsiri əlindən almaq bərabərində ciddi özbaşınalıqlar gətirə bilər. Valideynləri, azyaşlıları pedaqoqla qarşı-qarşıya qoymaq, düşmən etmək lazım deyil. Uşaq hüquqları, ümumiyyətlə hər bir fərdin haqları mütləq ki, qorunmalıdır. Ortada doğrudan da önəmli səbəblər varsa müəyyən cəzalar həyata keçirilməlidir. Qaydalar, cəzalar olmasa qanun və hüquq pozuntuları hər yerdə baş alıb gedər. Ana-atanın da övladı üzərində nəzarətini, belə demək mümkünsə hökmünü səlahiyyətindən çıxarmaq olmaz, əgər ortada uşağının hüquqlarının tapdalanması məqamı yoxdursa…”

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

May 16, 2026
Manşet

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

May 15, 2026
Cəmiyyət

Bayram namazının vaxtı açıqlandı

May 15, 2026
Cəmiyyət

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

May 15, 2026
Manşet

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

May 15, 2026
Cəmiyyət

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

May 15, 2026

XƏBƏR LENTİ

Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi

16 May, 26 / 11:13

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

15 May, 26 / 23:12

Professor Tofiq Rüstəmovun xatirəsi yad olunub

15 May, 26 / 20:52

Bayram namazının vaxtı açıqlandı

15 May, 26 / 20:33

Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi

15 May, 26 / 20:32

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən ukraynalı saxlanılıb

15 May, 26 / 19:34

Rusiya istənilən vaxt nüvə zərbəsi endirməyə qadirdir, amma burada bir nüans var - Budanov

15 May, 26 / 19:30

Rusiya və Ukrayna arasında “1000-ə 1000” mübadiləsi

15 May, 26 / 19:26

İsrail-İran qarşıdurmasının nəticəsi qlobal güc balansını dəyişə bilər? - Politoloq açıqladı 

15 May, 26 / 18:45

Bu ölkə İrana humanitar yardım göndərdi

15 May, 26 / 18:34

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.