Fransanın “Monako” klubu məşhur futbolçu Pol Poqba ilə əməkdaşlığa rəsmən son qoyub.
Zefer.media Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2027-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Klub 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionatının qalibi olmuş futbolçuya göstərdiyi etimada və “Monako”da olduğu müddətdə nümayiş etdirdiyi yüksək peşəkarlığa görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2025-ci ilin yayından etibarən “Monako” formasını geyinən Pol Poqba arxada qalan mövsümdə meydana cəmi 6 dəfə çıxıb. Yarımmüdafiəçi həmin müddətdə qol vurmayıb və heç bir məhsuldar ötürmə ilə yadda qalmayıb.
Zərintac Mayisqızı

















