Dünya

Moldova Dnestryanı xüsusi status olmadan reinteqrasiya etməyi nəzərdən keçirir

8 Sentyabr 2026, 17:263
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Moldovanın reinteqrasiya üzrə baş nazir müavini Valeriu Kiver Dnestryanı regionunun xüsusi status verilmədən ölkəyə reinteqrasiya edilə biləcəyini bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kiverin sözlərinə görə, son onilliklər ərzində təklif olunan federallaşma, konfederasiya və xüsusi status modelləri ölkənin reinteqrasiyasına gətirib çıxarmayıb.

Hazırda Kişinyov Dnestr çayının hər iki sahili arasında iqtisadi, vergi, sosial və təhsil sahələrində mərhələli yaxınlaşmaya üstünlük verir.

Baş nazir müavini bildirib ki, Moldova Konstitusiyası regiona mütləq xüsusi status verilməsini tələb etmir. 2005-ci il qanununda isə regionun statusu ilə bağlı danışıqlara başlamaq üçün demokratikləşmə və silahsızlaşdırma şərtləri nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda bu şərtlər yerinə yetirilmədiyindən, hakimiyyət mərhələli inteqrasiya prosesini davam etdirəcək və bundan sonra münaqişənin həllinin yekun siyasi-hüquqi modeli müəyyənləşdiriləcək.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600