Belçikanın Baş naziri Bart De Vever Hindistanın Baş naziri Narendra Modiyə hazırladığı qeyri-adi hədiyyəni təqdim edə bilməyib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Modiyə təqdim olunması nəzərdə tutulan, Belçika şokoladından hazırlanan “Hindistan qapısı” zəfər tağının surəti isti hava səbəbindən yolda əriyib.
De Veverin sözlərinə görə, Belçikada hədiyyənin daha bir nüsxəsi saxlanılır və o, həmin şokolad maketini Hindistana çatdırmağı planlaşdırır.
Aytən Yalçınqızı




