• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.8° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

MN-in sabiq rəisi ilə bağlı ittiham aktı elan olundu

18 Fevral, 26 / 15:29
A A

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Zefer.media xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin dəyişdiyi məlum olub. Nazirliyin yeni nümayəndəsi Musa Fərzəliyev iştirakçılara təqdim olunub. Lakin təqsirləndirilən şəxs nümayəndəyə etiraz edib:

“İş araşdırılan zaman əvvəlki nümayəndə bütün proseslərdə iştirak edib, mən indiki nümayəndəyə etiraz edirəm”.

Hakim Günel Səmədova bildirib ki, məhkəməyə nümayəndənin göndərilməsi Müdafiə Nazirliyinin hüququdur, əvvəlki nümayəndənin prosesə çağırılması ilə bağlı vəsatət qaldırıla bilər.

Təqsirləndirilən şəxsin vəkili Orxan Hacıyev müvəkkili ilə bağlı bəzi sənədlərin alınması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib.

Dövlət ittihamçısı cinayət işi materiallarında həmin sənədlərin mövcud olduğunu, amma sənədlərin tədqiqi mərhələsində göstərilən hallara yenidən baxıla biləcəyini deyib.

Vəsatət baxılmamış saxlanılıb.

Ruhin Tağıyev ailə üzvlərinə etibarnamə verilməsi üçün notarius əməkdaşının təcridxanaya buraxılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların Vətən müharibəsində xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onların əlillik dərəcəsinin verilməsi üçün arayış verib. Bununla da o, iki nəfərin hərəsindən 6 min, başqa şəxsdən 3 min, digərindən 7 min, daha bir nəfərdən 5 min manat rüşvət alıb. Eyni zamanda, o, Hərbi tibb məntəqəsində işləyən

N.Hümbətovaya əmək müqaviləsinin uzadılması barədə vəd verib və ondan 1500 manat alıb.

Ruhin Tağıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, jurnalistlərin prosesdə iştirakına etiraz edərək deyib ki, səsləndirəcəyi ifadələrin, sensasiya sayılacaq məlumatların mətbuatda dərc edilməsini istəmir.

Onun vəkilləri də vəsatətinin təmin olunmasını istəyib.

Məhkəmə prosesin açıq keçirildiyini, mətbuat nümayəndələrinin iclaslarda iştirak edə biləcəyini bildirib.

Dövlət ittihamçısı isə prosesin qapalı keçirilməsi təklifinə etiraz etməyib.

Məhkəmə müşavirəyə gedərək iclasların qapalı keçirilməsi barədə qərar qəbul edib.

Proses fevralın 24-də davam etdiriləcək.

Qeyd edək ki, ibtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

May 25, 2026
Cəmiyyət

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

May 25, 2026
Cəmiyyət

Mənzil və torpaq bazarında hazırda vəziyyət nə yerdədir? - AÇIQLAMA 

May 25, 2026
Cəmiyyət

Bayram namazının qılınma vaxtı nə vaxtı açıqlandı

May 25, 2026
Cəmiyyət

Sabah Bakıya yağış gözlənilir

May 25, 2026

XƏBƏR LENTİ

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

25 May, 26 / 17:22

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May, 26 / 17:21

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

25 May, 26 / 17:19

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

25 May, 26 / 17:15

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 26 / 16:56

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May, 26 / 16:51

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May, 26 / 16:47

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May, 26 / 16:45

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

25 May, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.