Cəmiyyət

Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub

18 May 2026, 14:44245
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.

Zefer.media xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.

Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.

Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.

Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bəyan ediblər.

Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600