• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.5° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Milli azadlıq mübarizəsi onun əsas həyat kredosu idi – Millət vəkili

13 Fevral, 26 / 12:23
A A

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İstiqlal şairi Bəxtiyar Vahabzadənin anım günüdür. Ömrünü xalqın azadlığı və milli tərəqqisi uğrunda mübarizəyə həsr edən böyük söz ustadı hər zaman azadlıq ideyalarının carçısı olub.

Sovet rejiminin ən sərt və mürəkkəb dövrlərində belə müstəqillik və istiqlal tələblərini açıq şəkildə səsləndirən Bəxtiyar Vahabzadə böyük cəsarət nümayiş etdirib. O, həyatının mənasını xalq üçün yaşamaqda, bu yolda isə “şam kimi yanmaqda” görürdü. Milli azadlıq mübarizəsi onun əsas həyat kredosu idi.

Bununla yanaşı, şair təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin azadlığı və xoşbəxtliyi haqqında düşünür, insanlığın daha ədalətli və işıqlı gələcəyi naminə mübarizəyə çağırırdı. Onun ədəbi-bədii yaradıcılığı siyasi baxışları ilə vəhdət təşkil etsə də, əsərləri ehkam xarakterli siyasi təbliğat nümunəsi deyildi. Şair heç vaxt ideyalarını zorla təlqin etməyə çalışmayıb, lakin hansı mövzuda yazmasından asılı olmayaraq, öz ideoloji xəttini incə və sənətkarlıqla ifadə etməyi bacarıb.

Təbiətin gözəlliklərini təsvir edərkən də, sevgi və məhəbbət kimi ülvi hissləri tərənnüm edərkən də misraların arasında onun daxili dünyasına xas nisgil, narahatlıq və vətən sevgisi duyulurdu. Bu, təkcə böyük istedadın deyil, həm də həyata, cəmiyyətə və ictimai-siyasi proseslərə özünəməxsus baxışın göstəricisi idi.

Həyatı, mübarizəsi və yaradıcılığı ilə Bəxtiyar Vahabzadə XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri kimi öz unikal obrazını formalaşdırıb. Onun adı və irsi çoxmilyonlu Azərbaycan xalqının və bütövlükdə türk dünyasının yaddaşında silinməz izlər buraxıb.

Bu gün Bəxtiyar Vahabzadə obrazı düzlük, doğruçuluq, mübarizlik, cəsarət və ləyaqət rəmzi kimi milli sərvət dəyəri qazanıb. Bu mənəvi irsin qorunması isə tarix və milli mədəniyyət qarşısında hər birimizin borcudur.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Bənzər Xəbərlər

Gündəm

Slovakiya səfirliyində görüş keçirilib

İyul 28, 2026
Gündəm

“Putinin Əliyevə zəngi Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər”

İyul 28, 2026
Gündəm

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

İyul 27, 2026
Gündəm

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

İyul 24, 2026
Gündəm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyul 24, 2026
Dünya

İraq ABŞ-nin İrana atəşkəs mesajı göndərdiyi iddialarını təkzib edib

İyul 24, 2026

XƏBƏR LENTİ

Slovakiya səfirliyində görüş keçirilib

28 İyul, 26 / 18:31

İtaliya millisinin yeni baş məşqçisi kimdir?

28 İyul, 26 / 18:27

İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb

28 İyul, 26 / 18:26

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul, 26 / 18:25

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

28 İyul, 26 / 18:23

Tramp: “Vaşinqton İranın Külüng dağında yerləşən yeraltı nüvə kompleksini yaxından izləyir”

28 İyul, 26 / 18:17

Çin Hindistan sərhədinə yaxın iki yüksək hündürlüklü bazaya ən azı qırıcılar yerləşdirib

28 İyul, 26 / 18:12

Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlanıb

28 İyul, 26 / 17:27

Ağdam, Füzuli və Cəbrayılda yanğınlar

28 İyul, 26 / 17:25

“Putinin Əliyevə zəngi Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər”

28 İyul, 26 / 17:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.