• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Meyvə ağaclarında Amerika ağ kəpənəyi təhlükəsi - İstehlakçılar nələrə diqqət etməlidir?

06 İyul, 26 / 16:27
A A

Azərbaycanda havaların isinməsi ilə paralel olaraq meyvə ağaclarında Amerika ağ kəpənəyinin tırtılları kütləvi şəkildə yayılmağa başlayıb. Belə demək mümkünsə payızın ortalarına qədər aktiv qalan həmin zərərvericilər hazırda ölkənin bir çox bölgəsində bəzi ağaclara ciddi ziyan vurur. Qeyd olunan vəziyyət, təbii olaraq istehlakçıların da diqqət mərkəzindədir. Çünki bağlardan yığılan mövsümü meyvələrin bu şəraitdə necə istehlak edilməsi bilavasitə kütləvi sağlamlıq məsələlərinə toxunur. 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Zefer.media -ya açıqlamasında bildirib ki, meyvələrin üzərindəki zərərverici qalıqları insan sağlamlığı üçün təhlükə yarada bilər:

“Hər il Azərbaycanda, eləcə də dünyanın bir çox yerində mayın sonundan başlayaraq iyun, iyul, avqust, sentyabr və hətta oktyabrın sonuna- havalar soyuyana qədər bir çox meyvə ağaclarında Amerika ağ kəpənəyinin aktiv mövsümü olur. Bu dövrdə həmin tırtıllar daha çox nəzərə çarpır və əksər hallarda kənd təsərrüfatının məhsuldarlığına ciddi ziyan vurur.

Qida təhlükəsizliyi baxımından meyvəni təmiz yuduqdan sonra istehlak etməyin hər hansı bir zərəri yoxdur. Lakin meyvələr təmiz yuyulmadan yeyilərsə, üzərində zərərvericilərin ifrazatı və tükləri qaldığı üçün bu hal gigiyenik baxımdan təhlükə yaradır və mikroorqanizmlərin toplanmasına şərait yaradır. Bu isə xüsusilə həssas və allergiya meyilli insanlarda qıcıqlanma, səpkilər və həzm sistemində narahatlıqlara gətirib çıxara bilər. Ona görə də ağacdan dərilən tut, gilas, albalı və digər bu kimi meyvələri yeməmişdən əvvəl axar suda yaxşı-yaxşı yumaq lazımdır. Əgər meyvələrin üzərində yağış, torpaq qalıntıları, toz və ya çirk varsa, onları 5-10 dəqiqə suda saxlayıb, daha sonra əllə ovuşduraraq diqqətlə yumaq lazımdır ki, üzərində hər hansı bir çirk qalmasın”.

Qida eksperti qeyd edib ki, zərərvericilərə qarşı düzgün tətbiq edilməyən kimyəvi üsullar meyvələrin üzərində təhlükəli maddələrin qalmasına yol aça bilər:

“Dezinfeksiyaedici kimi isə heç bir maddədən istifadə olunmaması, xüsusilə də qida üçün nəzərdə tutulmayan heç bir əlavənin edilməməsi məsləhət görülür.

Bəzən bağlarda bu qurdlara qarşı müxtəlif kimyəvi mübarizə üsullarından istifadə olunur. Əgər sözügedən proses peşəkar şəkildə aparılmasa, düzgün doza seçilməsə və tətbiq qaydası uyğun reallaşdırılmasa, meyvələrin üzərində kimyəvi maddələrin qalıqları qala bilər. Belə ağacların meyvələrinin yığılması və ondan istifadə edilməsi sağlamlıq üçün ciddi risk yarada bilər. Bu səbəbdən bilinməyən, mənşəyi bəlli olmayan və nəzarətsiz şəkildə satılan meyvə-tərəvəzlərdən istifadə edərkən çox diqqətli olmaq lazımdır”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

İyul 27, 2026
Gündəm

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

İyul 24, 2026
Gündəm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyul 24, 2026
Dünya

İraq ABŞ-nin İrana atəşkəs mesajı göndərdiyi iddialarını təkzib edib

İyul 24, 2026
Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026

XƏBƏR LENTİ

Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi

27 İyul, 26 / 14:10

Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam

27 İyul, 26 / 14:02

İlham Əliyev 3 fərman imzaladı

27 İyul, 26 / 14:01

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı – Yeni təyinat

27 İyul, 26 / 13:52

Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

27 İyul, 26 / 13:50

Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələnib

27 İyul, 26 / 13:47

“Kiyev ölkəni geosiyasi mübarizənin alətinə çevirib”

27 İyul, 26 / 13:32

İran Hörmüzdə 10-a yaxın gəminin qarşısını alıb

27 İyul, 26 / 13:29

Rusiya fövqəladə vəziyyət elan etdi

27 İyul, 26 / 13:27

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

27 İyul, 26 / 12:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.