Dünya

Medvedev Berlinə zərbə endirməyə çağırıb

2 Sentyabr 2026, 18:164
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Almaniya rəsmi olaraq rusiyalıları Leypsiq hava limanına hücumda ittiham etdikdən sonra Putinin əlaltısı Dmitri Medvedev bunun Almaniyanın “günahlarına” görə ən zəif cəza forması olduğunu bildirib.

Zefer.media bunu xarici mənbələrə istinadən bildirir.

“Onlar Bandera tərəfdarı dəstəyə hərbi texnika istehsal edən bütün Almaniya müəssisələrinə birbaşa zərbəyə layiqdirlər. Həmçinin Berlinin bəzi digər yerlərinə zərbə endirilməsi də tamamilə mümkündür”, – deyə Medvedev bildirib. O, ittihamları “tamamilə saxtalaşdırma və uydurma” adlandırıb.

O, həmçinin Kiyevə tez-tez qatarla gedən avropalı liderləri “terroru maliyyələşdirənlər” adlandıraraq onları da hədələyib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600