Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avroluq kreditini bloklayıb.
Zefer.media xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazıb.
Nəşrin məlumatına görə, Macarıstanın Aİ-dəki daimi nümayəndəsi fevralın 20-də Kiyevə vəsaitin ayrılmasına qarşı çıxıb və bu, lazımi yekdillik olmadığına görə qərarın ləğvinə səbəb olub.
Xatırladaqki, fevralın 11-də Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa Parlamentinin Ukraynaya əlavə 90 milyard avro kredit ayrılmasını təsdiqlədiyini açıqlamışdı.
Leyenin fikrincə, güclü Ukrayna Avropanı daha təhlükəsiz edir. O, qeyd edib ki, Kiyevə ayrılan vəsait əsas dövlət xidmətlərinin davam etdirilməsini və ölkənin müdafiə qabiliyyətinin qorunmasını təmin edəcək.
Yeganə

















