• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.6° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Məkkə sazişi” uzun perspektivdə riskləri özündə ehtiva edir - Politoloq

10 Avqust, 26 / 15:59
A A

Xəbər verdiyimiz kimi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə sazişi”ni imzalayıblar.

Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hansısa dövlətə qarşı yönəlmədiyini və “tamamilə müdafiə xarakterli” olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bunu mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.

Politoloq Turan Rzayev Zefer.media-ya açıqlamasında bildirib ki, “Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilibsə, bu, müdafiə paktıdır.

“Məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir.

Tərəflər sazişin İrana qarşı olmadığını deyirlər. Bununla belə, sazişin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması suallar yaradır. İranın dəstəklədiyi proksi qüvvələrdən olan Yəmən Husiləri son günlər Səudiyyə Ərəbistanına ardıcıl zərbələr endirir. Husilər öncə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endirib. Bundan başqa, neft tankerini ballistik raketlərlə vurublar. Bu, Husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir”, – deyə o qeyd edib.

Turan Rzayev “Qardian” nəşrinin Səudiyyə Ərəbistanının Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqladığını da diqqətə çatdırıb:

“Əlbəttə, Husiləri İran dəstəkləsə də, bu, indiki məqamda “Məkkə sazişi” ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi kontekstdə alovlanarsa və rəsmi Tehran ABŞ-nin regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana müdaxiləyə məcbur edə bilər.

Belə ki, İran NATO faktoru səbəbindən Türkiyəyə zərbələr endirməsə də, Səudiyyə Ərəbistanına və Pakistana zərbələr endirə bilər. Bu isə faktiki olaraq “Məkkə sazişi” ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi və vəziyyətdən asılı olaraq müdaxilə imkanı yarada bilər.

“Məkkə sazişi” indiki məqamda üzv ölkələrə xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzun perspektivdə riskləri özündə ehtiva edir. Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İrana müdaxilə üçün dəstəkçi ölkələr qazandırır”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026
Gündəm

General-mayor vəfat etdi

Sentyabr 18, 2026
Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr, 26 / 18:36

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr, 26 / 13:01

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

19 Sentyabr, 26 / 12:49

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

18 Sentyabr, 26 / 20:25

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

18 Sentyabr, 26 / 19:29

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

18 Sentyabr, 26 / 14:24

Təyyarədə iki sərnişin əlbəyaxa davaya çıxıb - VİDEO

18 Sentyabr, 26 / 13:32

Azərbaycan DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 10 nəfər saxlanılıb

18 Sentyabr, 26 / 13:24

Zöder Almaniyada əmək qabiliyyətli gənc ukraynalıları ödənişlərin ləğv edilməsinə çağırıb

18 Sentyabr, 26 / 13:00

Balıqçılığı qadağan etsəm, Bass Pro Shops rəhbəri biznesini itirər – Tramp

18 Sentyabr, 26 / 12:57

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.