Cəmiyyət

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi qurulub

22 Mart 2026, 19:140
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

London Universitet Kollecində (UCL) Novruz bayramı münasibətilə keçirilən Mərkəzi Asiya Bahar Festivalı çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xüsusi stend qurulub.

Zefer.media xəbər verir ki, tədbirdə Azərbaycanı universitetin Azərbaycan cəmiyyətinin tələbələri təmsil ediblər. Onlar Novruz ənənələrini və ölkəmizin zəngin mədəni irsini əks etdirən müxtəlif elementləri iştirakçılara təqdim ediblər.

Stenddə Azərbaycanın milli musiqi alətləri, Novruza xas atributlar, o cümlədən səməni, milli dekor elementləri və digər mədəni nümunələr nümayiş olunub.

Festival çərçivəsində Novruz bayramını qeyd edən digər ölkələrin də stendləri qurulub. Bu stendlərdə müxtəlif xalqların Novruz ənənələri, mətbəxi və mədəni xüsusiyyətləri təqdim olunub ki, bu da tədbirə beynəlxalq rəng qatıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600