İsrailin bombardmanları nəticəsində Livanın cənubundakı kəndlər, o cümlədən Kfar Kila, demək olar ki, tamamilə dağıdılıb və minlərlə insan evlərini tərk edib.
Zefer.media xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Son aylarda aparılan əməliyyatlar zamanı yaşayış məntəqələrinin 90%-dən çoxu məhv edilib.
Təxminən 1,2 milyon livanlı münaqişə səbəbilə köçkün düşüb, bir çox ailə yardım və müvəqqəti sığınacaqlardan asılı vəziyyətdədir.
Sakinlər kəndlərin “təhlükəsizlik zonası”na çevrildiyini bildirir, bu isə onların geri qayıtmaq ümidlərini daha da azaldır.
Zərintac Mayisqızı

















