Litva Lomonosov və Derjavinin əsərlərini 9-cu siniflər üçün nəzərdə tutulan məktəb proqramından çıxarıb.
Zefer.media LRT-yə istinadən xəbər verir ki, sözügedən müəlliflərin əsərləri daha əvvəl rus milli azlığının ana dili və ədəbiyyatı fənni çərçivəsində tədris olunurdu.
Qeyd olunur ki, Litvanın Baş naziri Mindauqas Sinkəviçyus daha əvvəl Lomonosovun əsərlərinin proqramdan çıxarılmasını təklif etmişdi. O, şairin Rusiyanın imperiya müharibələrini “tərənnüm etdiyini” bildirmişdi.
Aytən Yalçınqızı

















