“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna lideri Volodimir Zelenskinin Moskvaya səfəri zamanı təhlükəsizliyinə təminat verilməsi ilə bağlı təşəbbüsü olduqca müsbət qiymətləndirilir”.
Zefer.media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib.
Xatırladaq ki, noyabrın 24-də Lukaşenko V.Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu açıqlamışdı. O, Ukraynadakı münaqişənin dayandırılmasının zəruriliyini önə çəkərək, Kiyev rəhbəri üçün təhlükəsizlik qarantı rolunu oynamağa razı olduğunu qeyd etmişdi.
D.Peskov məsələyə münasibət bildirərkən deyib:
“Yeri gəlmişkən, Zelenski üçün çox gözəl təklifdir. Ancaq bildiyimiz kimi, o, bunu bəyənmədi”.
Bundan əvvəl V.Zelenski Belarus lideri A.Lukaşenkonun danışıqlar məqsədilə Moskvaya birgə getmək barədə tövsiyəsini qəti şəkildə rədd etmişdi. Ukrayna Prezidenti Macarıstanın Baş naziri Peter Madyarla görüşdən sonra bu məsələ ilə bağlı öz mövqeyini açıqlamışdı.
Aytən Yalçınqızı




