“Estoniya nüvə silahı yerləşdirərsə, Rusiyanın nüvə silahı Estoniya ərazisini hədəfə alacaq”.
Zefer.media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskov NATO-nun müdafiə planı çərçivəsində Estoniyada nüvə silahının yerləşdiriləcəyi təqdirdə Moskvanın reaksiyası ilə bağlı sualı cavablandırıb. Estoniyanın Rusiya ilə sıx əlaqələrinə diqqət çəkən Peskov digər Avropa ölkələri kimi Rusiyanın da onları təhdid etmədiyini bildirib.
O, əlavə edib: “Lakin nüvə silahları Estoniya ərazisində bizi hədəfə alacaqsa, o zaman bizim nüvə silahlarımız da Estoniya ərazisini hədəfə alacaq. Estoniya bunu aydın şəkildə başa düşməlidir”.
Peskov qeyd edib ki, Rusiya həmişə öz təhlükəsizliyini təmin etmək üçün lazım olanı edəcək, xüsusən də nüvə qarşısının alınması məsələlərində.
Yeganə















