Kanadanın Baş naziri Mark Karni Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi təqdirdə ona Ukraynadan çıxmaq çağırışı edəcəyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Karniyə Putinin bu il Mayamidə keçiriləcək G20 sammitində iştirak edə biləcəyi və onunla görüş zamanı nə deyəcəyi barədə sual verilib.
“Mesajım sadə olardı: Ukraynadan çıxın. Ukraynaya bütün ərazisini qaytarın. Hər ay sizin 30 mindən çox insanınızın öldüyü bu müharibəni dayandırın”, – deyə Karni bildirib.
Aytən Yalçınqızı

















