Dünya

Jirinovskinin keçmiş köməkçisi Aleksandr Safonov müharibədə həlak olub

1 Sentyabr 2026, 15:544
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Dövlət Dumasının keçmiş deputatı Vasili Vlasov Vladimir Jirinovskinin keçmiş köməkçisi Aleksandr Safonovun həlak olduğunu bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Vlasov sosial şəbəkə hesabında Safonovun avqustun 28-də öldüyünü yazıb.

“28 avqustda dostum və silahdaşım Aleksandr Safonov həlak oldu. Çoxunuz onu ‘Safonov, ödə!’ ifadəsinə görə xatırlayırsınız. Mən isə onu təxminən 10 ildir tanıyırdım”, – deyə Vlasov bildirib.

Məlumata görə, Safonov könüllü olaraq müqavilə imzalayıb və təxminən dörd il döyüşlərdə iştirak edib.

Safonov 2010-cu illərdə Vladimir Jirinovskinin alış-veriş zamanı “Safonov, ödə!” deməsini əks etdirən və sonradan sosial şəbəkələrdə geniş yayılan video sayəsində tanınıb.

Aytən Yalçınqızı

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600