İstanbulun Maltepe rayonunda yeddi mərtəbəli binanın ilk üç mərtəbəsi qismən çöküb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hadisə Cevizli məhəlləsində, Doğu küçəsində baş verib. Binanın ilk üç mərtəbəsinin hələlik müəyyən edilməyən səbəbdən çökdüyü bildirilir.
Xilasedicilər binanın çökmədən zərər görməyən yuxarı mərtəbələrində bloklanan şəxsləri təxliyə ediblər.
Qəmər Kazımzadə

















